Icma.az
close
up
RU
“Azad edilmiş ərazilərdə məhkəmə arxeologiyası mütəxəssislərinin apardığı tədqiqatlar” dəyirmi masa

“Azad edilmiş ərazilərdə məhkəmə arxeologiyası mütəxəssislərinin apardığı tədqiqatlar” dəyirmi masa

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 noyabr, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda “Azad edilmiş ərazilərdə məhkəmə arxeologiyası mütəxəssislərinin apardığı tədqiqatlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Vətən müharibəsində Zəfərin beşinci ildönümünə həsr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Zaur Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 5 il öncə mənfur işğalçılar üzərində qazandığı Qələbədən söz açıb. Direktor müavini işğaldan azad edilmiş ərazilərdə böyük vüsət alan quruculuq və bərpa işləri ilə yanaşı, birinci və ikinci Qarabağ müharibələrində itkin düşmüş soydaşlarımızın axtarılması yönündə işlərə başlanıldığını da bildirib.

Qeyd olunub ki, bu istiqamətdə işlərə aidiyyəti dövlət orqanları və beynəlxalq təşkilatlarla yanaşı, Arxeologiya və Antropologiya İnstitutunun təcrübəli əməkdaşları da cəlb edilib. Aydın olub ki, itkin düşmüş soydaşlarımızın axtarışı istiqamətində sistemli işlərin aparılması üçün beynəlxalq təcrübəyə arxalanmaq və artıq bir sıra ölkələrdə mövcud arxeologiya elminin bazasına əsaslanan məhkəmə arxeologiyası sahəsini yaratmağa ehtiyac var. Beləliklə də, institut nəzdində Məhkəmə arxeologiyası şöbəsi yaradılıb.

Daha sonra Məhkəmə arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev elektron təsvirlərlə müşayiət olunan “Azad edilmiş ərazilərdə məhkəmə arxeologiyası mütəxəssislərinin apardığı tədqiqatlar” mövzusunda çıxış edib. O bildirib ki, aidiyyəti dövlət qurumları, əsasən də hüquq-mühafizə orqanları müstəqilliyin ilk günlərindən müxtəlif məsələlərin araşdırılmasında arxeoloqları əməkdaşlığa cəlb ediblər. “Bu sıradan XX əsrin 90-cı illərinin əvvəlində Bakı şəhəri yaxınlığında Stalin dövrü repressiya qurbanlarına aid kütləvi dəfnin araşdırılmasında institut əməkdaşlarının iştirakını göstərmək olar. 26 Bakı komissarlarının gizlinlərinin araşdırılmasına da bizim institutun mütəxəssisləri cəlb olundular. Həmçinin Qubada Soyqırımı məzarlığının tədqiqatında arxeoloq həmkarlarımızın fəaliyyəti mediada geniş işıqlandırılıb. Nəhayət, 44 günlük Vətən müharibəsində Qələbə qazanıldıqdan sonra azad edilmiş ərazilərdə aparılan arxeoloji tədqiqatlara paralel olaraq, itkin düşmüş soydaşlarımızın taleyinin araşdırılmasına arxeoloqların da cəlb edilməsinə tələb yaranıb. Sistemli tədqiqatlara ehtiyac olduğundan institut nəzdində Məhkəmə arxeologiyası şöbəsi yaradılıb”.

Akif Quliyev 2022-ci ildən bu günədək Məhkəmə arxeologiyası şöbəsinin əməkdaşlarının, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında arxeoloji tədqiqatlar aparan arxeoloqların iştirakı ilə itkin soydaşlarımızın taleyinin araşdırılması istiqamətində görülən işlərdən söz açıb. Şöbə müdiri Məhkəmə arxeologiyası üzrə beynəlxalq təcrübə və elmi bilik mübadiləsi çərçivəsində arxeoloqların xarici ölkələrdə (Kipr, Serbiya) təlimlərdə iştirakı, məhkəmə arxeologiyası və antropologiyası üzrə beynəlxalq elmi konfranslarda (Türkiyə, Avstraliya və s.) iştirakı barədə məlumat verib.

Eyni zamanda, Akif Quliyev aparılan tədqiqatlarda üzləşdikləri çətinliklər və problemlərin həll edilməsində toplanmış təcrübədən danışıb. “Ən əsas problem – mənəvi-psixoloji və emosional stresin öhdəsindən gəlməkdir. Belə ki, bəzi hallarda biz əsir düşmüş azərbaycanlı hərbçilərin və dinc sakinlərin qalıqlarını araşdırarkən erməni işğalçıları tərəfindən törədilən vəhşi işgəncələrin və qətllərin əlamətlərini qeyd edirik. Bunlarla üzləşmiş arxeoloqdan möhkəm iradə və psixoloji immunitet tələb edilir”.

Məruzənin sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri