Icma.az
close
up
RU
Azad ərazilərdə yaradılan turizm sənayesi bölgənin inkişafında yeni mərhələ açır

Azad ərazilərdə yaradılan turizm sənayesi bölgənin inkişafında yeni mərhələ açır

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda turizmin inkişaf etmiş sahələrindən biri kimi dağ turizmi son illərdə cəlbediciliyi ilə daha çox diqqət çəkməkdədir. “Şahdağ” qış-yay turizm kompleksi təkcə respublikamızda deyil, dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. MDB məkanında və digər xarici ölkələrdə dağ turizmi həvəskarlarının diqqətini çəkən bu kompleksə axın edən turistlərin sayı ildən-ilə artır. Qəbələdə yerləşən “Tufandağ”, Naxçıvandakı dağ turizmi sənayesi də xarici turistlərin marağına səbəb olmaqdadır. Şahbuzda yerləşən Ağbulaq İstirahət Mərkəzi paraşüt səyahəti üzrə dağ turizmi həvəskarlarında xüsusi zövq yaradır.

Öz coğrafi landşaftı, relyefi ilə seçilən Qarabağ və Şərqi-Zəngəzurda müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu bölgənin geniş dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının zəngin təbiəti, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ekologiyası dağ və okturizm üçün ən münbit zonadır. Eləcə də Şuşa, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri zəngin tarixi-memarlıq abidələri ilə Azərbaycanın və dünyanın tarixi turuzm mərkəzlərindən hesab olunur. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur. Hazırda Tuğ, Hadrut, Daşaltıda turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparılması da təsadüfi deyil. Eləcə də “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması da bu starteji məqsədə xidmət edir. Geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarının əhatəliliyindən xəbər verir. Kəlbəcərdə İstisu qəsəbəsində yenidən inşa olunan “İstisu” sanatoriyası müalicəvi turizm üçün zəngindir.

Bölgə, eyni zamanda, dağ və xizək turizminin inkişafı üçün əlverişli coğrafi mühit mövcuddur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da nəzərdə tutulan əsas prioritetlərdən biri bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı zəruri təminatların yaradılmasıdır. Bu məqsədlə turizm sənayesinə müxtəlif iqtisadi stimullar verilib, turizm sektoru vergilərdən azad olunub. Bu ərazilərə investisiya qoyuluşunu artırmaq üçün müxtəlif dövlət dəstəyi tədbirləri müəyyən olunub. Həmin stimullar nəticəsində turizm sənayesinin müasir nümunələri istifadəyə verilib. Son 3 ildə bu ərazilərdə turizm infrastrukturlarının qurulması istiqamətində çoxşaxəli layihələr icra olunub. Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Şuşada “Qarabağ” və “Xarıbülbül”, “Shusha Boutique Hotel”, Xankəndidə “Qarabağ”, “Palace”, “Bulud”, “Şəfəq” və digər hotellərin, turizm, iaşə və xidmət obyektlərinin açılışı bölgənin inkişafında yeni mərhələ açıb.

Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası sənədində dağ-xizək turizminin yaradılması da əsas prioritetlər sırasındadır. Qarabağ bölgəsinin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir ki, bu da dağ-xizək turuzminin inkişafında da əlavə imkanlar deməkdir. Laçın rayonunun Minkənd kəndinin sıldırım-dağ ərazilərində və Şuşada qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Bu ərazilərdə nəzərdə tutulan kanat yolları dağlıq ərazilərdə turizmin inkişafı üçün vacib infrastruktur elementlərindən biridir. Xüsusilə də Şuşadan Xankəndiyə uzanan kanat layihəsi həm turizm baxımından, həm də regionun inkişafı üçün əhəmiyyətlidir. Uzunluğu 6 km-ə yaxın kanat yolu həm də Şuşanı və Xankəndini daha əlçatan edəcək, bu iki şəhər arasında rahat və unikal bir nəqliyyat vasitəsi yaradacaq. Eyni zamanda, Qarabağda inşa olunmuş 3 hava limanı turizm tranzitinin əsas açarı kimi nəzərə alınıb.

Beləliklə, Qarabağ və Şərqi-Zəngəzurda yaradılan  turizm sənayesi bölgəyə minlərlə turistin gəlişini təmin edəcək. Proqnozlara görə, yaxın illərdə daxili və xarici turistlərlə birgə bu bölgəyə 1 milyon turistin səyahət edəcəyi gözlənilir. Bu baxımdan Zəngilanda yeni açılışı olan hotel həmin strateji konsepsiyanın mühüm hissəsi kimi bölgəyə turizm axınlarına qapı açacaq. Eyni zamanda, həmin hotel və azad edilmiş ərazilərdə digər turizm obyektləri turizm sənayesinin yenidən formalaşmasını təşviq edərək regionda böyük bir turizm bumunu formalaşdıracaq, bu isə həmin rayonlarda məşğulluğun təmin olunmasında və əhalinin gəlirinin artmasına səbəb olacaq.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə

“Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Avqust 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri