Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Yüksək qan təzyiqi yaddaşı pozur

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Azad Füzulinin dirçəliş yolu: qələbə ruhu ilə strateji hədəflərə doğru

Azad Füzulinin dirçəliş yolu: qələbə ruhu ilə strateji hədəflərə doğru

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Bu tarixi günlərdə demək olar ki, hər gün Ali Baş Komandan tərəfindən kənd, qəsəbə və şəhərlərimizin azad olunması bəyan edilirdi. 30 il işğal faktı ilə barışmayan xalqımız bu tarixi günləri böyük sevinc və qürur hissi ilə qarşılayır. Füzuli şəhərinin erməni işğalından azad edilməsi də mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Çünki 30 ilə yaxın bu ərazilərdə özləri üçün keçilməz adlandırdıqları istehkamlar quran mənfur düşmən Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyib qaçmağa, torpaqlarımızı tərk etməyə məcbur qalıb”.

Bu fikirləri YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.Sevinc Hüseynova qeyd edib ki, Cəbrayıldan sonra Füzuli şəhərinin azad edilməsi xüsusi önəm kəsb edirdi: “Füzulinin azad edilməsi həm də şanlı Ordumuzun növbəti əməliyyatları baxımından strateji əhəmiyyət daşıyırdı. Bu baxımdan, Füzulidə təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması nəticəsində növbəti hərbi üstünlüklər əldə edilmişdi. İşğal dövründə Ermənistan Füzuli istiqamətində cəbhə xəttində çoxmərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin şanlı Ordumuzun gücü və əzmi qarşısında bu mövqelər darmadağın edildi”.
Deputatın sözlərinə görə, Füzulinin azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri bir daha öz gücünü, döyüş əzmini nümayiş etdirərək düşməni lərzəyə saldı: “1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal edilmişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu mənada, Füzulinin azad edilməsi Azərbaycan Ordusunun Horadiz əməliyyatı ilə başlatdığı tarixi missiyanın davamı idi. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın azad edilməsi xalqımız üçün şanlı tarixə çevrildi. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və milli ləyaqət məsələsi idi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız bu tarixi mərhələdən şərəf və ləyaqətlə çıxaraq müasir Azərbaycanın daha güclü və qalib ölkə kimi inkişafına yol açdı”.
Sevinc Hüseynova Füzuli və digər azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən də bəhs edib: “Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qələbəsindən cəmi altı gün sonra — 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli rayonuna səfəri tarixi hadisə idi. Prezident İlham Əliyevin Füzuli şəhərində üçrəngli dövlət bayrağımızı ucaltması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Dövlət başçısının Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməli qoyulur, yeni infrastruktur layihələri həyata keçirilir və obyektlər istifadəyə verilir. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı uğurla fəaliyyət göstərir.
Respublikanın müxtəlif ərazilərində, o cümlədən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yataqxanalarda, sanatoriyalarda, pioner düşərgələrində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış 827 ailənin (3153 nəfərin) doğma yurdlarına köçürülməsi Böyük Qayıdış prosesinin mühüm nəticələrindəndir.
İşğaldan azad edilmiş Füzuli şəhərində həyata keçirilən quruculuq işləri beynəlxalq həmrəyliyin də bariz nümunəsidir. Qardaş Özbəkistan Respublikasının təşəbbüsü ilə şəhərdə inşa edilmiş orta məktəb Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluğun rəmzidir. Qardaş Qazaxıstan Respublikasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işlərinə verdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. 2024-cü il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Qazaxıstanın dəstəyi ilə yaradılmış bu mərkəz iki qardaş xalq arasında dostluğun, qarşılıqlı hörmətin və həmrəyliyin parlaq təzahürüdür. Mərkəz həm də xalqlarımız arasında tarixi və mənəvi bağların möhkəmlənməsinə xidmət edir.
Əminik ki, Füzuli rayonu da tezliklə bütün sakinlərinin doğma yurdlarına qayıtdığı, firavan həyatın hökm sürdüyü diyara çevriləcək. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, xalqımızın iradəsini və dövlətimizin öz vətəndaşlarına qayğısını nümayiş etdirir. Füzulinin dirçəlişi həm də Azərbaycanın Zəfərinin davamı, quruculuq əzminin təntənəsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see402

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see352

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see265

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see262

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see257

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see250

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see245

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see228

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see224

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see221

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see207

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see198

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see197

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see197

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see192

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see183

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri