Icma.az
close
up
RU
Azad olan xatirələr (3 cü yazı)

Azad olan xatirələr (3 cü yazı)

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Xatirələr yaşadığın illərin acılı-şirinli gerçəkliyidir. Kəlbəcər yaylaqlarında keçirdiyim uşaqlığımın hər anı indi daha şirindir.

Çünki Kəlbəcər, onun yaylaqları, dağları, təpələri, düzləri, bulaqları, sıldırım qayaları, başı qarlı və daim dumanlı zirvələri bir sözlə yaddaşımda həkk olunan bütün gözəlliklər xatirələrimlə birlikdə artıq azaddır. Hər qarış torpağı düşməndən təmizlənib və yenidən qurulan kənd və şəhərlər göz oxşayır. Öz doğma sakinləri üçün darıxan o yerlərdə canlanma gündən-günə artmaqdadır.

Taxta deyilən yaylağın qeyri-adi gözəllikləri hamını heyran edirdi. Alacığımızın yaxınlığında bir bulaq var idi. Ona lal bulaq deyirdilər. Səbəbi isə həqiqətən də lal-tərpənməz şəkildə durması idi. Yəni bu bulağın suyunun nə artmasını, nə də ki, azalmasını görmək mümkün deyildi.  Sakinlər oradan vedrələrlə su götürərdilər. Amma zərrə qədər də azalma hiss olunmurdu. Təbiətin sirli-sehrli möcüzələrindən biri idi o bulaq. Hətta atlar, dəvələr bəzən gəlib o bulağa dayayardılar ağızlarını.

Nə qədər içsələr də bulağın tükü də tərpənmirdi. Nə deyim, Kəlbəcər gözəlliklərini tərənnüm etmək elə də asan iş deyil. “Uzun yal” deyilən bir yaylaq var. Oraya gedib çatmaq hər sürücünün hünəri deyildi. Yolu çox təhlükəli və qorxulu idi. Bizim ailəni o yaylağa aparan görünür, o vaxtın çox  təcrübəli sürücülərindən olub. Maşın dağı dik çıxmalı və dik də düşməli idi. Yəqin ki, bunun nə olduğunu sürücülər yaxşı bilir. Özü də maşın yüklü ola. Yaylağa çatanadək yol boyu nələr gördük və nələr çəkdik? Əvvəla gördüklərimizdən biri hamının ilk dəfə gördüyü maraq doğuran dik bir qaya oldu. Elə bil tanrının bu yerlərə göndərdiyi tamaşasından doymaq mümkün olmayan əsər idi. Sanki dünyanın ən məşhur heykəltaraşı yaratmışdı bu əsəri. Həmin qaya bəzəkli gəlini xatırladırdı. Buna “Gəlin qayası” deyirdilər.

Onun haqqında müxtəlif əfsanələr danışırdılar. Maşın “Gəlin Qayası”nın yanından şütüyüb keçəndən sonra sürücünü və yaylağa köç edənləri ağır və təhlükəli sınaq gözləyir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi böyük bir aşırımı keçmək lazımdır. Dağı dik qalxıb enmək vaxtı yetişir. Bu aşırımı keçib getmək işə sürücüdən cəsarət və təcrübə tələb edirdi. Maraqlı məqamlardan biri o aşırımın adı ilə bağlıdır. Ona “Soltan-Heydər” aşırımı deyirdilər. Adla bağlı xatirəmdə qalanları söyləyirəm.

Deyirdilər ki, iki qardaş olur. Birinin adı Soltan, digərinin isə Heydər. Onlar “Uzun yal” yaylağına getmək üçün maşınla bu aşırımı keçməli olurlar. Amma bu təhlükəli yolu keçib ünvana çatmaq onlara nəsib olmur. İdarə etdikləri maşın qəzaya uğrayır. Onlar qəzanın qurbanı olurlar. Həmin hadisədən sonra insanlar aşırıma “Soltan-Heydər” adını verirlər. Ardı var...

Akif Təvəkküloğlu

Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri