Azad olunmuş ərazilərə növbəti 3 tədris ilində ayrılacaq vəsait aşkarlandı
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İşğaldan azad olunmuş ərazilərdə 3 min nəfər üçün 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illəri üzrə 3.5 milyon manat vəsait ayrılacaq.
"Unikal" xəbər verir ki, bunu parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına təklif olunan dəyişikliklə bağlı çıxışında bildirib.
“Təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqarmı”nın qüvvədə olduğu müddətdə həyata keçirilməsi nəzərdə tutulur. Layihə sözügedən ərazilərdə dayanıqlı məşğulluğun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılmasına xidmət edəcək”, - deyə Adil Vəliyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















