Azadlıq prospktində təmir yolu iflic etdi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azadlıq prospektinin Binəqədi ərazisindən keçən hissəsində aparılan təmir işləri ilə bağlı yolda iki həftədən çoxdur ki, gərgin vəziyyət yaranıb. Avtobuslar ləngiyir, sərnişinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalırlar.
Yenisabah.az milli-yə istinadla xəbər verir ki, ötən ayın sonundan başlayan təmir işləri hələ də yekunlaşmayıb. Əksinə, daha çox ərazilərdə hərəkət qismən məhdudlaşdırılıb.
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sxeminə və keçmiş "Azərsu" ASC-nin texniki şərtinə əsasən, Binəqədi şosesində inşa edilmiş yeni yaşayış komplekslərinə kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sözügedən ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb.
İşin icrası zamanı nəqliyyatın hərəkəti tam dayandırılmayıb. Təmirin nə vaxt yekunlaşacağına dair məlumat verilmir.
Baxış sayı:50
Bu xəbər 20 İyun 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















