Icma.az
close
up
RU
Azadlıqdan buxavlara, yaxud 8 mart tarixinə qısa baxış

Azadlıqdan buxavlara, yaxud 8 mart tarixinə qısa baxış

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yəqin ki bir çox izləyicilər "Axırıncı aşırım" filmində Abbasqulu bəy ilə Kərbalayının dialoqunu xatırlayır.

Kərbəlayi üsyan edir: "Torpağımın yarısını aldılar, dinmədim, Şura soveti gəldi, kombed getdi, dinmədim, evimi tarimar elədilər, danışmadım, taxılımı apardılar, dinmədim… İndi də bu kolxoz oyununu atıblar ortaya, deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver. Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da".

Doğrusu, çox uzun zaman bu sözlərin üzərində düşünmüşəm. Adamın arvadını və namusunu dölət necə ala bilər ki?

Mən Sovet dövrü insanı sayılıram və bildiyim qədərilə "SSRİ-də seks yoxdur" ifadəsi işlənirdi, hətta ailəsinə xəyanət edənlər çox ağır cəza ilə cəzalandırılırdılar. "İctimai əxlaq" Sovet cəmiyyətinin ən vacib şüarlarından idi. Bəs belə olan təqdirdə, necə olur ki, Kərbəlayi namusuna dövlətin göz dikməsindən şikayətlənir?

Bax, həqiqətən də, Kərbəlayinin qorxduğu oldu. Sovet hökumətinin quruculuq illərində “bir stəkan su” nəzəriyyəsi ilə buna da cəhd etdilər.

Təsadüfən internetdə bir sənəd gördüm. Oxuduqlarıma əvvəlcə inana bilmədim. Daha sonra dəqiqləşdirdim və əmin oldum ki, Sovet dövründə tarixin qaranlıq, qanlı səhifəsi sayılan bir çox biabırçı məqamlar var, ancaq "bir stəkan su" nəzəriyyəsi və onun tətbiqi qədər iyrənc məqam yəqin ki yoxdur.

Nədir bu "bir stəkan su" nəzəriyyəsinin açması? Və bu nəzəriyyə necə oldu ki gerçəkləşdi?

Bu nəzəriyyə daha öncə Avropada irəli sürülmüş, hətta Klara Setkin də “qadınların seksual azadlığı” fikri ilə bu nəzəriyyəni dəstəkləmişdi. Məhz “bir stəkan su” nəzəriyyəsinin Rusiyada – Sovet cəmiyyətində aktuallaşmasının səbəbkarı, Sovet dövrü inqilabçılarından, dövlət xadimi və diplomat Aleksandra Kollantay və Klara Setkinin birgə səyi nəticəsində 8 mart beynəlxalq qadınlar günü keçirilməsi hərəkatı başlanmışdı.

Aleksandra Kollantay kim idi? Onu belə bir vəhşani nəzəriyyəni tətbiq etməyə nə vadar edirdi?

Sankt-Peterburqda çox mühafizəkar bir ailədə anadan olan Aleksandra Kollantay elə cəmiyyətin və ailəsinin də tələbləri ilə mühafizəkar bir ailənin oğlu ilə evlənir. Onun asi təbiətinə bu cür “çərçivəli həyat” darlıq edir, buxovda saxlayır. Ərinin onun seksual tələbatlarını ödəmədiyini düşünən Aleksandra Kollantay daxilində dərin burulğanlar yaşasa da, bunu açıqca ortaya çıxara bilmir. Çünkü Çar Rusiyasının boşanma haqqında qanunları çox sərt idi; ər-arvadı ancaq kilsə boşaya bilərdi və bu boşanmalar da qeyri-adi hallarda gerçəkləşirdi.

Bu vəziyyət tezliklə Aleksandra Kollantayın əsəblərinin pozulmasına gətirib çıxardı. Ailəsi ruhi sağlamlığının düzəlməsi üçün onu Avropaya göndərir. Beləliklə, o da bolşeviklərə qoşulur və yenilik axtaranların cərgəsinə öz adını yazdırır.

Aleksandra Kollantay yeni qurulmuş Sovet cəmiyyətinə Avropada öyrəndiyi təcrübələri tətbiq etmək istəyir. Bunlardan biri də 1922-ci ildə ilk təbliğatını apardığı "Bir stəkan su" nəzəriyyəsidir. A.Kollantay düşünürdü ki, əgər bu nəzəriyyəni öz cəmiyyətinə tətbiq edə bilərsə, beləliklə, ona əngəl olan buxovlarından qurtulacaq.

Çünki "Bir stəkan su" nəzəriyyəsinə əsasən deyilirdi ki, sevən kəs qısqanır, qısqanclıq isə insanın işgörmə qabiliyyətini azaldır, ailə qurumu geri qalmışlığın əlamətidir.

Yəni, bu nəzəriyynin əsasında sırf seksual tələbatı ödəmək dururdu. Sevgi rədd edilir və insanın məhz şəhvani duyğuları qabardılırdı. Beləliklə, ailə qurumu, sədaqət, vəfa duyğuları da inkar edilmiş olurdu.

Heyvani hisslər önə çıxarılırdı; hər bir komsomol qadın onunla yatmaq istəyən komsomol kişinin (vergisini ödəyən və ictimai işlə məşğul olan) istəyinə müsbət cavab verməlidir. Fərqi yoxdur evli olsun, ya da olmasın. Hər bir komsomol kişiyə 3 qadın, daha çox iş görən və layiq olan komsomol kişisinə isə 5 qadın düşürdü. Qarşısındakının seks tələbatına rədd cavabı verən qadını isə ciddi cəzalar gözləyirdi. Bunlardan biri də partiyadan çıxarılmaq idi.

Aleksandra Kollantay öz nəzəriyyəsini V.İ.Leninlə müzakirə edib razılıq aldıqdan sonra (baxmayaraq ki, bu nəzəriyyə iflasa uğradığında ona ilk qarşı çıxanlardan biri də V.İ.Lenin olmuşdurə), ciddi təbliğatlara başlayır və ərinin buxovunun altında əzilən qadınlara, evliliyindən narazı olduğu halda, ictimai qınaqdan qorxduğu üçün sərbəst sekslə məşğul ola bilməyən kişiləri dərhal yanına çəkməyi bacarır.

Təbliğatını ciddi şəkildə davam etdirən Kollantay tezliklə öz istəyinə nail olur. Azad seks Rusiya cəmiyyətində baş alıb gedir.

Aleksandra Kollantayın nəzəriyyəsi Rusiya cəmiyyətində geniş yayılır və çox ağır nəticələrə səbəb olur.

Bu nəzəriyyənin nəticəsi olaraq, cəmiyyətdə təcavüzə uğrayan, təhqir edilən qadınların, atasız, bic doğulan uşaqların sayı sürətlə artdı. Bu da ciddi narazılıqlar doğurdu. Ancaq ən böyük zərbəni Aleksandra Kollantay özü aldı. Çünki sevgini inkar edən və sırf şəhvani duyğular üzərində qurulan "bir stəkan su " nəzəriyyəsinə zidd olaraq, o özü Pavel Dibenko (məhz Kollantayın yardımı ilə adi motros dənizçilik üzrə Xalq Koissarı vəzifəsinə qədər yüksələ bildi) adlı kişiyə aşiq olmuşdu və partnyorunu dəli kimi qısqanırdı. Ancaq elə özünün qoyduğu nəzəriyyəyə əsasən, qısqanmamalı, partnyorunun digər qadınlarla seks istəyinə etiraz etməməli idi.

Tezliklə bu xanım öz nəzəriyyəsini inkar etməyə başlayır və kilsə evliliyinin ləğv edildiyi Sovet cəmiyyətində ilk dəfə dövlət kəbinini kəsdirir. Evlilik anlayışının geri qayıtması üçün çalışır. Amma artıq gec idi. Cəmiyyətdə ciddi mənada seksual alovlanma başlamışdı. Kolantayın məqsədi qadına seksual seçim azadlığı vermək olsa da, oxumamış, savadsız təbəqəyə məxsus kişilər bunu bəyəndikləri ilk qadının üzərində zorakılıq etmək hüququnun olması kimi dəyərləndirdi. Eyni zamanda qadınlar fəal olan komsomol kişilərə də peşkəş çəkilməyə başladı. İş öz məcrasından çıxdı.

Lenin yeni yaranmış vəziyyətdən şoka düşür və dərhal Soratnikova “bir stəkan su nəzəriyyəsinin” nə dərəcədə yanlış olduğunu izah etmək üçün göstəriş verir. Bu nəzəriyyənin çılğın tərəfdarı olan, dəfələrlə nəzəriyyəni dəstəkləyici ciddi dekretlər verən Lenin sonralar yazır: "Məgər normal insan küçənin ortasında uzanıb palçıqlı gölməçədən su içərmi? Hətta onlarla dodağın dəydiyi stəkandan belə su içməz".

LakinLenin yeni yaranmış vəziyyətin qarşısını ala bilmir. Tezliklə hakimiyyətə gələn İ.Stallin isə Kollantayı xarici ölkəyə “yeni vəzifəyə” təyin edir. Ölkədə seksual münasibətlər barədə yeni dekretlər verir. Seks haqqında danışmağı qadağan edir. Evlilikdən kənar seksin nə dərəcədə zərərli olması haqqında həkimlərin yeni nəzəriyyələrini ortaya atır. Evlilikdən kənar münasibətdə olan hər kəs ciddi cəzalandırılır. Bununla da ölkədə seksual qadağalar yaranmağa başlayır. Qadın-kişi münasibətləri tamamilə inkar edilir. Hisslərin, duyğuların heç bir önəmi qalmır. Tamamilə azadlıq verilən, hətta heyvani dərəcəyə çatdırılan seks qadağaları bu dəfə Sovet cəmiyyətində gözəgörünməz həddə çatdırılır. Seksin ayıb, biabırçı bir duyğu olduğunu insanlara aşılayırlar. İş o yerə çatır ki, sekslə məşğul olan insanlar günah işləmişcəsinə bunu gizlədirlər.

Beləliklə Sovet cəmiyyəti "bir stəkan su" nəzəriyyəsindən "SSRİ-də seks yoxdur" şüarına keçirilir. Hər iki vəziyyət də insan haqlarına qarşı idi. Ancaq bu, Sovet cəmiyyəti üçün o qədər də mühüm deyildi. Çünki Sovet cəmiyyəti başlı-başına insan hüquqlarının çeynənməsi üçün qurulmuş bir cəmiyyət idi.

Aynur Qəzənfərqızı, fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri