Icma.az
close
up
RU
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib FOTOLAR Yeni Sabah

AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib FOTOLAR Yeni Sabah

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

9 noyabr 2024-cü il, Bakı – Azərbaycan Hava Yolları (AZAL) Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa uçuşlara başlayıb. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısına məxsus təyyarə 9 noyabr tarixində Velana Beynəlxalq Hava Limanına uğurla ilk enişini edib.

Sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar.

“Bakıdan Maleyə birbaşa müntəzəm uçuşlara başlamaqdan məmnunuq. Bu uçuşlar cənnət tətili arzulayan səyahətçilər üçün yeni imkanlar yaradır. Azərbaycan bazarının qış turizmi üçün daha çox seçimlərə uzun müddətdir ki, ehtiyacı var və Maldiv adaları bu mövsümdə dünyanın ən məşhur istiqamətlərindən biridir”, – deyə AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Maldiv Respublikasının Marketinq və İctimaiyyətlə Əlaqələr Korporasiyasının icraçı direktoru İbrahim Şiuri qeyd edib: “Azərbaycan Hava Yollarını Maldiv adalarında salamlamaqdan məmnunluq duyuruq. Yeni birbaşa reyslər Azərbaycandan olan səyahətçilərə adalarımızın misilsiz gözəlliyini kəşf etmək imkanı verəcək”.

“AZAL-ın Bakıdan birbaşa uçuşlar həyata keçirməsi Velana Beynəlxalq Hava Limanı üçün mühüm bir mərhələdir. Bu marşrut Orta Asiya ilə Maldivlər arasında vacib bağlantı yaradır və əsrarəngiz adalarımıza təşrif buyuran Azərbaycan turistlərini maneəsiz əlaqə və geniş səyahət imkanları ilə təmin edir”, – deyə “Maldives Airports Company Limited” şirkətinin baş kommersiya direktoru Məhəmməd Mihad vurğulayıb.

Bakı-Male istiqamətində müntəzəm reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az/az/ saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Noyabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail məsələsində ABŞ ın müstəqil siyasət yürütmək məhdudiyyəti var

19 Sentyabr 2025 12:35see299

Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ nin işinə yaradı Siyasi şərhçi

19 Sentyabr 2025 16:49see209

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab

19 Sentyabr 2025 13:47see196

Xərçəngdən qoruyan 10 super qida

19 Sentyabr 2025 09:09see179

Məşhur rəssamın əsərləri 100 milyona satışa çıxarıldı

19 Sentyabr 2025 13:32see130

Anymanın Bakı şousu!

20 Sentyabr 2025 00:15see130

Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar filmin çəkilişlərinə başlanılıb

19 Sentyabr 2025 16:02see130

Fəlakət uzaq bir adada həyatı məhv etdi Ancaq gözlənilməz hadisə alimləri təəccübləndirdi

20 Sentyabr 2025 03:32see127

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see126

Qonağ getdiyi evdə keçmiş həyat yoldaşını qanına qəltan etdi

20 Sentyabr 2025 01:32see126

Zelenskidən müharibə ilə bağlı sürpriz AÇIQLAMA

19 Sentyabr 2025 22:50see125

Çin və ABŞ liderləri arasında telefon danışığı aparılır

19 Sentyabr 2025 16:38see122

Kroufordla Kanelonun bir döyüşə qazandıqları UFC nin bir ilə qazandığına bərabər olub

20 Sentyabr 2025 08:14see122

Gənclər niyə evlənmək istəmir? VİDEOSORĞU

19 Sentyabr 2025 23:17see122

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see122

Qərbi Azərbaycan Xronikası: Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu

20 Sentyabr 2025 00:48see122

Paşinyanın istəyi ilə rütbəli şəxs vəzifəsindən azad edildi

19 Sentyabr 2025 18:45see121

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see121

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see119

Kamçatkada 120 dən çox zəlzələ olub

20 Sentyabr 2025 01:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri