Icma.az
close
up
RU
“AZAL ın TƏYYARƏSİNİ BİZ VURMUŞUQ...” Kreml anti Azərbaycan kampaniyasını dayandırır? + VİDEOLAR

“AZAL ın TƏYYARƏSİNİ BİZ VURMUŞUQ...” Kreml anti Azərbaycan kampaniyasını dayandırır? + VİDEOLAR

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın ən qatı şovinist kanalından Azərbaycanla bağlı maraqlı “dönüş”

Rusiyanın anti-Azərbaycan mövqeyilə xüsusi seçilən, tez-tez ölkəmizə qarşı yalan və təxribat dolu materiallar yayımlayan, “Rus dünyası”-nın ən qızğın tərəfdarı və Donbasdakı separatizmi maliyyələşdirməsilə tanınan oliqarx Konstantin Malofeyevin “Tsarqrad” telekanalında maraqlı hadisələr baş verir. Belə ki, son günlərə qədər Azərbaycana qarşı açıq şərləmə kampaniyası aparan, hətta Rusiyadakı Azərbaycan diasporunun guya Ukraynanın keçirdiyi məşhur “Pautina” əməliyyatında iştirak etdiyini iddia edən kanal, indi tamamilə fərqli mövqedən çıxış etməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, Şuşadakı Media Forumunda iştirakına görə Kremlə yaxın təbliğatçıların linç etdiyi, Vladimir Solovyovun “vətən xaini” damğası vurduğu politoloq Sergey Markov “Tsarqrad” kanalının efirinə dəvət olunub. Və digər təbliğatçıların “izqoy” elan etdiyi Markovun kanalın efirində bəzi həqiqətləri söyləməsinə imkan yaradılıb.

Markov isə açıqlamasında deyib ki, Moskva ilə Bakı arasındakı gərginliyin ilkin səbəbi AZAL-ın təyyarəsinin Rusiya tərəfindən vurulması olub: "Rusiya ilə Azərbaycan arasında baş verənlərin qeyd-şərtsiz səbəbi təyyarədir. Bu təyyarəni biz vurmuşuq və bu, tamamilə aydındır. Bunu bizim etdiyimiz dəqiq məlumdur. Azərbaycan da bilir ki, Rusiya hakimiyyəti bundan xəbərdardır. Onlar deyirlər ki, necə ki, biz sizin helikopteri vuranda üzr istədik, siz də üzr istəyin. Necə ki, biz günahı etiraf etdik, günahkarları cəzalandırdıq, kompensasiya ödədik, xahiş olunur, siz də eyni şeyi edəsiniz”.

Markovun Rusiaydakı qatı millətçi və şovinist telekanalda bu həqiqətləri söyləməsinə və Azərbaycanın haqlı mövqeyinin ifadə olunmasına imkan verilməsi kifayət qədər maraqlı və qeyri-adi görünür.

Ancaq məsələ bununla da bitmir. Daha sonra elə həmin kanalın efirində onun aparıcı jurnalisti, kanalın xəbərlər blokunun aparıcısı Yuri Pronko Azərbaycanın və Prezident İlham Əliyevin ünvanına xeyli təriflər söyləyib. O deyib ki, sonuncu dəfə Bakıda bu ilin yanvarında səfərdə olub və əlavə edib ki, “ruslar özlərini orada çox komfortlu hiss edir”. Bakını sevdiyini deyən Pronko Azərbaycan paytaxtında rus dilinin geniş yayıldığını, hətta kinoteatrlarda filmlərin əsasən rus dilində nümayiş etdirildiyini bildirib.

VİDEO linkdə: https://www.facebook.com/azer.hesenov.801143/video...

O deyib ki, AZAL təyyarəsinin vurulması və Yekaterinburqdakı hadisələrdən sonra yaranan gərginlik onu çox məyus edib. Pronko qeyd edib ki, onun kitabxanasında Heydər Əliyevə həsr edilən kitablar var və sair.

Bir sözlə, qatı şovinst və anti-Azərbaycan fəaliyyətilə tanınan “Tsarqrad” kanalındakı bu dəyişiklik diqqət cəlb etməyə bilməz. Görünür, “yuxarılardan” vəziyyəti yumşaltmaqla bağlı hansısa göstəriş gəlib.

Onu da qeyd etməliyik ki, Ukrayna müharibəsinin həddindən artıq uzanması və perspektivin getdikcə daha da qaranlıq görünməsi hakimiyyət daxilində bir-birilə zidd mövqelərdə dayanan qruplaşmaların yaranmasına gətirib çıxarıb. Müxtəlif mənbələrə söykənən, fərqli maraqlara xidmət edən və məsələn, Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin kimilərin təmsil olunduğu bu qruplaşmaların bəziləri Azərbaycana qarşı xüsusi düşmənçilik mövqeyilə seçilir. Görünür, bu amil də Moskva ilə Bakı arasındakı gərginliyin qızışmasında az rol oyanamayıb…

Ümumilikdə isə Azərbaycanla münasibətləri daha da gərginləşdirmək Kremlin özünün və Rusiyanın milli maraqlarına qəti uyğun deyil. Ancaq heç də hər zaman məntiqlə və milli maraqlarla davranmayan Kremlin növbəti addımlarını proqnozlaşdırmaq çətindir və Azərbaycanla münasibətləri düzəltmək üçün hansısa addımların atılıb-atılmayacağını zaman göstərəcək.

Cəlal Məmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri