Icma.az
close
up
RU
AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu FOTO

AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu FOTO

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur.

Turkustan.az-ın "Minval Politika"ya istinadən verdiyi məlumata görə, bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib.

Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

Dərc olunan anonim məktuba əsasən, 2024-cü ilin dekabrında kapitan Paladiçukun döyüş heyəti Tolopiloya tabe olub.

Orada, həmçinin bildirilir ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor Tolopilo cinayət məsuliyyətindən yayınıb. O, günahı Rusiyanın Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin Rostov Mərkəzinin şəxsi heyətinin üzərinə atıb, "Pantsir-S" hava hücumundan buraxılan raketlərin özünü məhv etdiyini və təyyarəyə zərər verə bilməyəcəyini iddia edərək bilərəkdən yalan ifadələr verib. Bu iddialar Rusiya Federasiyası İstintaq Komitəsinin 505-ci Hərbi İstintaq Şöbəsi tərəfindən aparılan daxili araşdırma ilə təkzib edilib.

Məlum olub ki, "Pantsir-S" ekipajı texniki və təşkilati cəhətdən lazımi vəziyyətdə olmayıb, bu da mülki təyyarənin vaxtında tanınmasına mane olub. Buna baxmayaraq, general Tolopilo nəinki cəzalandırılmayıb, hətta vəzəfəsi yüksəldilib - o, Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiəsinin 11-ci qvardiya ordusunun komandirinin müavini təyin edilib.

Bundan əlavə, kapitan Paladiçukun Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 14-cü Ordusunun mobil ehtiyatının 80-ci zenit-raket alayının komandirinə ünvanlanmış 16 dekabr 2024-cü il tarixli hesabatı əlavə edilib ki, Paladiçuk və onun ekipajı həmin vaxt HHM-nin 51-ci diviziyasının komandiri olan general-mayor Tolopilonun əməliyyat tabeliyində olub. /Modern.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri