Icma.az
close
up
RU
AZAL yeni “Leonardo” radar sistemləri və FSF tərəfdaşlığı ilə uçuş təhlükəsizliyini gücləndirir Foto

AZAL yeni “Leonardo” radar sistemləri və FSF tərəfdaşlığı ilə uçuş təhlükəsizliyini gücləndirir Foto

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC “Dubai Airshow 2025” çərçivəsində uçuşların təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara sadiqliyini təsdiqləyərək həm texnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımından növbəti mərhələyə keçid edib.

“Qafqazinfo” xəbər verir ki, AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı istehsalçısı “Leonardo” ilə yeni nəsil meteoroloji radar sistemlərinin alınması və inteqrasiyası üzrə müqavilə imzalayıb.

2006-cı ildən etibarən iki şirkət arasında tərəfdaşlıq mühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarla genişlənərək Azərbaycanın aviasiya infrastrukturunun Avropa texnologiyaları əsasında modernizasiyasına möhkəm baza formalaşdırıb.

Yeni nəsil METEOR 735 C-Band radar sistemi:

• Dolu, leysan, turbulentlik və külək kəsimləri kimi ekstremal hava hadisələrini real vaxtda yüksək dəqiqliklə aşkar edir;

• 200 km-lik müşahidə diapazonu, maqnetron tipli ötürücü və yüksək rezolyusiyalı “3D/WEB” vizuallaşdırma platforması atmosfer proseslərinin dəqiq təhlilini təmin edir;

• Doppler və dual-polarizasiya texnologiyaları sayəsində operativ qərarverməni gücləndirir.

Bu radar sistemləri hava limanlarında enmə və qalxma əməliyyatlarının fasiləsiz monitorinqinə, dəyişən hava proseslərinin əvvəlcədən modelləşdirilməsinə və təhlükəli atmosfer hadisələrinin vaxtında aşkarlanmasına imkan yaradaraq uçuşların təhlükəsizliyi və davamlılığını əhəmiyyətli dərəcədə artıracaq.

Texnoloji modernizasiya ilə yanaşı, AZAL qlobal uçuşların təhlükəsizliyi üzrə ən nüfuzlu qurumlardan biri olan Uçuş Təhlükəsizliyi Fondunun (Flight Safety Foundation – FSF) strateji tərəfdaşları sırasına qoşularaq Fondun ən yüksək üzvlük səviyyələrindən biri olan “Benefactor Member” statusunu əldə edib.

FSF-in proqramlarında tamhüquqlu iştirak AZAL üçün: 

• Bilik və təcrübə mübadiləsi;

• Risklərin analizi və qabaqcıl sənaye həllərinin tətbiqi;

• Uçuş təhlükəsizliyinin idarəetmə sistemlərinin inkişafı;

• Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi;

• Aviasiya sənayesinin regionda və beynəlxalq miqyasda səmərəliliyin artırılmasına xidmət edən strateji imkanlar yaradır.

“Benefactor Member” statusu Fondun əsas təşəbbüslərini dəstəkləyən və qlobal aviasiya təhlükəsizliyi standartlarının formalaşdırılmasına töhfə verən aparıcı təşkilatlara təqdim olunur. Bu statusa malik qurumlar beynəlxalq aviasiya sektorunun aparıcı aviaşirkətləri, istehsalçıları və sənaye innovatorları arasında xüsusi yer tutur.

Bu təşəbbüslər “Azərbaycan Hava Yolları” QSC-nin uçuşların təhlükəsizliyinə dair qlobal öhdəliklərini yeni səviyyəyə daşıyır və ölkəmizin hava nəqliyyatı sisteminin gələcəyə yönəlmiş modernizasiyasını sürətləndirir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri