Icma.az
close
up
RU
Azay Quliyev: “Ali Baş Komandanın cəsarəti, diplomatik məharəti və strateji Liderliyi hesabına Zəfər mümkün oldu“

Azay Quliyev: “Ali Baş Komandanın cəsarəti, diplomatik məharəti və strateji Liderliyi hesabına Zəfər mümkün oldu“

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Bu gün, noyabrın 8-də müasir tariximizin ən şanlı, ən qürurlu səhifəsi olan Zəfər Gününün beşinci ildönümünü təntənəli şəkildə qeyd edirik.

8 Noyabr sadəcə bir təqvim günü deyil, bu tarix millətimizin əzmini, ordumuzun gücünü, dövlətimizin qüdrətini və Prezidentimizin sarsılmaz iradəsini simvolizə edən müqəddəs bir gündür.

Əvvəla, bu müqəddəs gündə müasir və qüdrətli Azərbaycan dövlətinin banisi, tarixi Zəfərimizin təməl prinsiplərinin müəllifi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsni dərin hörmət və ehtiramla yad edərək Zəfər Gününün 5 illiyi münasibətilə başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva olmaqla xalqımızı, Silahlı qüvvələrimizn bütün mənsublarını, şəhid ailələrini və qaziləri ürəkdən təbrik edirəm.

Bəli, 2020-ci ilin noyabrında və 2023-cü ilin sentyabrında Azərbaycan xalqı otuz illik işğala və ədalətsizliyə son qoydu, ərazi bütövlüyünü, suverenliyini və konstitusyon quruluşunu tam bərpa etdi. Biz qalib gəldik və tarixi Zəfərə imza atdıq.

Zəfərimizin memarı heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Məhz, Ali Baş Komandanın sarsılmaz iradəsi, cəsarəti, qətiyyəti, diplomatik məharəti və strateji Liderliyi hesabına bu Zəfər mümkün oldu.

Zəfərimizin qəhrəmanı Azərbaycan Ordusudur, Silahlı Qüvvələrdir. Azərbaycan əsgəri torpaq uğrunda canından keçdi, hünər, cəsarət və peşəkarlıq nümunəsi göstərdi. Müharibə günlərində on minlərlə gənc könüllü oalaraq cəbhəyə yazıldı, orduda bir nəfər də olsun fərari olmadı, yaralılar belə “məni sağaldın, cəbhəyə qayıdım” dedilər.

Xalqımız isə bu Zəfərin ruhudur, ürəyidir, dayağıdır. Hər bir evdə dua, hər bir qəlbdə inam, hər bir könüldə vətən sevdası vardı. Cəbhədə döyüşən əsgərimizin arxasında güclü xalq dayanırdı, təmkinlə, səbir və inamla, varlığı ilə, səsi ilə, duası ilə, yardımı ilə. Xalq öz övladını Vətənə əmanət etdi və dedi: "Get, torpağımızı azad et!" Müharibə günlərində bütün xalq bir ürək, bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi.

Ancaq torpaqlarımızın işğalçılardan və separatçılardan təmizlənməsi təkcə hərbi qələbə deyildi, bu həm də siyasi, hüquqi və mənəvi qələbə idi.

Bəli, Zəfər Gününün o qədər dərin siyasi, psixoloji, mənəvi, tarixi və hüquqi tərəfləri var ki, onu sadəcə hərbi qələbə kimi dəyərləndirmək kifayət deyil. Bu, bir epoxadır, bu bir xalqın qəhrəmanlıq və qürur səlnaməsidir. Əzilməyə, sındırılmağa çalışılan bir millətin hayqırtısı, ləyaqətli dirənişi və tarixi dirçəlişidir. Bu, Zəfər 30 il ədalətsizliyə boyun əyməyən bir millətin və bir Liderin inadla, əzmlə torpağına və haqqına sahib çıxmasının misilsiz nümunəsidir.

Yaxşı ki, biz torpaqlarımız uğrunda qəhrəmancasına vuruşaraq, düşməni məhv edərək ərazilərimizi azad etdik. Dünyanın hərb tarixində qızıl hərflərlə yazılacaq yeni bir məktəb yaratdıq, 21-ci əsr müharibəsinin, dron müharibəsinin əsasını qoyduq. Şuşa kimi, təbii istehkamlarla və sıldırım qayalarla əhatə olunmuş alınmaz qala nümunəsini yüngül silahlarla fəth etməyin düsturunu göstərdik. Alınmaz hesab olunan “ohanyan sədlərini” üç saat ərzində yardıq. Şəhidlər verdik, yaralandıq, amma yolumuzdan dönmədik. Nəhayət, şərəf və ləyaqətlə dolu şanlı və möhtəşəm bir Zəfər qazandıq.

Əgər bir anlığa xəyali də olsa təsəvvür etsək ki, torpaqlarımız savaşaraq deyil, beynəlxalq ictimaiyyətin tələbi ilə Ermənistan tərəfindən könüllü olaraq, sülh yolu ilə azad edilsəydi, onda nə olradı:?

Birincisi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilməyəcəkdi. Erməni separatizmin yuvası qalacaqdı, üstəlik ermənilərə ən azından yüksək muxtariyyat və ya xüsusi status veriləcəkdi.

İkincisi, şəhidlərimizin, Xocalı qurbanlarının və xalqımızın qisası alınmayacaqdı. Müharibə cinayətkarlarını cəzalandırmaq mümkün olmayacaq, onlar yenə cəzasız qalaraq meydan oxumaqda davam edəcəkdilər.

Üçüncüsü, Azərbaycan xalqının üzərində “məğlub millət” damğası qalacaqdı. Döyüşmədən, kiminsə mərhəməti ilə torpaqlarını geri alan bir xalq kimi psixoloji travmadan xilas ola bilməyəcəkdik. Bu isə milli özünəinamımıza, ləyaqətimizə, kimliyimizə ağır zərbə vurardı. Azərbaycan xalqının ruhu təxribata məruz qalar, milli heysiyyatımızı dirçəldə bilməzdik. Nəhayət, Azərbaycanın xalqının “təzələnməsi” və yenidən “doğuşu” olmayacaqdı.

Dördüncüsü, biz təkcə Ermənistanı deyil, eyni zamanda, dünya erməniliyini, Ermənistanın havadarlarını, o cümlədən ərazilərimizin daim işğalda qalmağına çalışan Minsk qrupunun həmsədr ölkələlərini- Risiyanı, Fransanı və ABŞ məğlub etməklə dünyada çox böyük geosiyasi üstünlük əldə edə bilməyəcəkdik.

Beşincisi, Bu gün milli fəxarət hissilə qeyd etdiyimiz Zəfər Bayramı olmayacaqdı və nəsillərə ərməğan olan belə bir tarixi qürurdan məhrum olacaqdıq.

Ancaq bir məsələ daha var. Azadlıq müharibəsinə başlamaq nə qədər çətin və məsuliyyətli qərar idisə, onu möhtəşəm Qələbə ilə yekunlaşdırmaq ondan on qat çətin idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müharibəni 2020-ci ilin 10 noyabrında dayandırmaqla son dərəcə müdrik və uzaqgörən qərar qəbul etdi. Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etməklə Ağdamı, Kəlbəcəri və Laçını bir güllə atmadan, bir şəhid vermədən azad etdi. Xankəndinə daxil olmamaqla isə Azərbaycana qarşı hazırlanmış “etnik təmizləmə və soyqırımı təxribatı”nın qarşısını vaxtında və çox ustalıqla aldı. Yəni, ermənilərin özləri və orda olan təxtibatçı qüvvələr Xankəndində yaşayan mülki şəxsləri öldürüb cinayəti bizim üstümüzə atmağa hazır dayanmışdılar. Fransa isə BMT Təhlükəsizlik Şurasında qəbul etdirmək üçün çox çirkin sanksiya planı hazırlaylb Azərbaycanın “soyqırımı tələsinə” düşəcəyi günü gözləyirdi. Məhz, Prezident İlham Əliyevin siyasi dühası, hadisələri vaxtında və düzgün qiymətləndirmək bacarığı bu məkrli planı pozdu. Əks halda Qələbə təhlükə altına düşə, separatçılar tanına, beynəlxalq “sülhməramlı”lar bölgəyə yerləşdirilə bilərdi. Belə təhlükə real idi.

Ağıllı siyasər hesabına bütün bunların qarşısı alındı. Rusiya hərbi kontingenti ərazidə müvəqqəti yerləşdirildi və azadlıq savaşımızın son, həlledici mərhələsi başladı. 2023-cü ildə Laçında dövlət sərhəd-keçid məntəqəsi qurularaq dövlət sərhədimiz bərpa edildi. Həmin ilin sentyabrında separatizmin yuvası darmadağın edildi, özü də dinc əhaliyə zərər vermədən, dünyada analoqu olmayan peşəkarlıqla. 2024-cü ilin aprelində isə Rusiya hərbi kontingenti vaxtından əvvəl Qarabağdan çıxarıldı və Rusiyanın ölkəmizdəki 300 illik hərbi varlığına son qoyuldu.

30 il boyu suverenliyimizə təhdid olan Laçın dəhlizi isə beynəlxalq gündəmdən birdəfəlik çıxarıldı, əvəzində Zəngəzur dəhlizi qlobal müzakirəyə gətirildi və 8 avqustda Vaşinqtonda Ermənistanın üzərinə onun açılması öhdəliyi qoyuldu.

Nəhayət, Vaşinqton Zirvəsində Azərbaycanın diktəsi ilə hazırlanmış sülh sazişinin paraflanması və ATƏT-in Minsk Qrupunun ləğvi ilə dünya ictimaiyyəti Qələbəmizin nəticələrini tam olaraq tanıdı. Prezidentimizin haqlı olaraq dediyi kimi, 21-ci əsrdə heç bir ölkə Azərbaycan qədər tam və qəti zəfər əldə etməyib.

Bax budur Zəfərin hərbi, siyasi, hüquqi, tarixi və mənəvi anlamı! Budur Azərbaycan xalqının gücü, Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı! Budur Azərbaycan Prezidentinin və Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti, siyasi iradəsi, diplomatik zəkası və qətiyyəti! Budur “Dəmir Yumruğun” dünyada sədası, ədalətin, qürurun və milli ləyaqətin səsi!

Doğurdan da dünyada çox az xalqın Zəfər Bayramı var. Biz xoşbəxt xalqıq ki, imzamız və şərəfimizlə bu azsaylı xalqların arasında varıq!

Xalqımızın Zəfər Günü mübarək olsun!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Allah bütün Qazilərimizə uzun ömür, cansağlığı versin!

Allah xalqımızı, Ali Baş Komandanımızı, ordumuzu qorusun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see141

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see128

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see125

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see121

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri