İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İraqın cənubunda yerləşən Bəsrə əyalətində elektrik stansiyasını qazla təmin edən kəmərdə baş verən partlayış nəticəsində ən azı 4 nəfər həyatını itirib, təxminən 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKU.WS Oxu.Az-a istinadən bildirir ki, bu barədə əyalət qubernatorunun müavini Mahir əl-Amiri açıqlama verib.
Onun sözlərinə görə, hadisə səhər saatlarında qeydə alınıb. Qubernator müavini həmçinin qəzanın yaranma səbəblərini və şəraitini araşdırmaq məqsədilə xüsusi istintaq komissiyasının yaradıldığını deyib.
İraqın elektrik enerjisi naziri Əli Vahib hadisə ilə əlaqədar təcili iclas çağıraraq, elektrik stansiyasında yaranmış zərərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə dair göstəriş verib.
O, vətəndaşların və işçi heyətin təhlükəsizliyinin ən vacib məsələ olduğunu vurğulayaraq, təhlükəsizlik qaydalarının gücləndirilməsinə, qəzanın səbəblərinin aydınlaşdırılmasına və enerji sisteminin fasiləsiz fəaliyyətinin təmin olunmasına çağırış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Noyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















