Icma.az
close
up
RU
Səməd Vurğunun ev muzeyində qorunan nadir eksponatlar

Səməd Vurğunun ev muzeyində qorunan nadir eksponatlar

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarındakı nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərində nadir eksponatlar” silsiləsini davam etdirir. Silsilənin bu buraxılışı Səməd Vurğunun ev-muzeyinə həsr olunub. Şairin ömrünün son illərini yaşadığı mənzildə onun həyat və yaradıcılığı ilə bağlı eksponatlar, şəxsi əşyaları və əlyazmaları qorunub saxlanılır.

Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının üçüncü mərtəbəsində yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşayıb, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub. Muzeyin ekspozisiyası beş otaqdan və dəhlizlərdən ibarətdir. Şairin qonaq, iş və yataq otaqları olduğu kimi qorunub saxlanılır.

Yazı masası

Xalq şairi Səməd Vurğun iş otağındakı yazı masasının arxasında çoxsaylı yuxusuz gecələr keçirib, bir çox qiymətli əsərini qələmə alıb. Həyat yoldaşı Xavər xanım xatirələrində qeyd edirdi ki, şair bu masanın arxasına heç vaxt ev geyimində keçməz, həmişə rəsmi geyimdə əyləşərdi. Şairin masa arxasında çəkilmiş 1954-cü ilə aid fotoşəkli də bu xatirəni təsdiqləyir.

1944-cü ildə şair masanı Bakı Mebel Fabrikindən alıb. Ağacdan hazırlanıb, üzlüyündə mahuddan istifadə olunub.

Masanın üzərində şairin son əlyazmaları, avtoqələmi, həyat yoldaşı və övladları ilə birlikdə çəkdirdiyi fotoşəkil yer alır. Həmçinin Səməd Vurğunun ən çox sevdiyi gülün rəmzi olaraq kiçik səbətə süni bənövşələr qoyulub.

“Vaqif”, “Fərhad və Şirin”, “İnsan”, “Aygün” və bir çox başqa sənət inciləri, eləcə də məqalə və çıxışları məhz bu masanın arxasında ərsəyə gəlib. “Mən tələsmirəm” (1954), “Yada sal məni” (1955) və “Gödəkçə” (1955) şeirləri də burada yazılıb.

Eksponat təmir və bərpa olunmayıb.

Royal

 

Otaqda Almaniyanın “C. Bechstein” firmasının istehsalı olan konsert royalı nümayiş etdirilir. Royalda vaxtilə Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyli, eləcə də bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Əsgərov, Emin Sabitoğlu, Vaqif Mustafazadə və Vaqif Səmədoğlu öz əsərlərini ifa ediblər. Onların bir çoxu Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olublar.

Royal ağac, qara lak, metal və sümükdən hazırlanıb. Onun stulu 2022-ci ildə bərpa olunub.

Zəngli saat

Muzeyin qonaq otağında nümayiş olunan antik zəngli saatın böyük mənəvi dəyəri var. Şairin həyat yoldaşı Xavər xanım saatın əqrəblərini 1956-cı il mayın 27-də, axşam saat 19:30-da - Səməd Vurğunun dünyasını dəyişdiyi anda dayandırıb. Bu, onun şairə olan sevgisinin və bağlılığının təsirli ifadəsidir.

Hündür kabinet saatı 1949-cu ildə Bakıda komisyon mağazadan alınıb. Ağac və metaldan hazırlanıb. Eksponat təmir və bərpa olunmayıb.

Xavər xanımın portreti

1989-cu ildə Xalq rəssamı Kamil Xanlarov Səməd Vurğunun həyat yoldaşı Xavər xanımın portretini çəkərək ona hədiyyə edib. Xavər xanım əsəri bəyənsə də, əllərinin boş təsvir olunmasını istəməyib və portretə üzüyünün də əlavə edilməsini xahiş edib.

Portret 1989-cu ildə Bakıda kətan üzərində yağlı boya ilə işlənib. Rəssam əsəri muzeyə hədiyyə edib. Eksponat təmir və bərpa olunmayıb.

Xalça

Səməd Vurğunun 50 illik yubileyi münasibətilə Azərbaycan SSR Elmlər Akademiyası şairin portreti təsvir olunan süjetli xalçanı ona hədiyyə edib. Xalçaçı-rəssam Lətif Kərimovun müəllifi olduğu əsər 1956-cı ildə Bakıda toxunub.

Xalça xovludur, toxunuş üslubu Təbriz məktəbinə yaxındır. Tünd göy, tünd sumağı və qırmızı rəngli yun saplardan hazırlanıb. Sonradan çərçivəyə salınıb. Eksponat təmir və bərpa olunmayıb.

Müxbir – Günel Alıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri