Azər Bağırov: “Qarşıya qoyduğumuz planları həyata keçirməyə çalışırıq”
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yanvarın ilk günlərindən komanda bir yerə yığılıb və məşqlərə başlamışıq. Hazırlıq prosesində qarşıya qoyduğumuz planları həyata keçirməyə çalışırıq". Sport24.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis qış təlim-məşq toplanışının yaxşı keçdiyini sözlərinə əlavə edib:
"Şükürlər olsun ki, zədəsiz şəkildə məşqləri davam etdiririk. Ən vacib məqamlardan biri budu. Uşaqların məşqlərdə göstərdikləri performans xoşuma gəlir. Səylə çalışırlar. Bu formada davam edirik. Ayın 13-nə kimi bəzi fiziki yükləmələri bitirəcəyik. Çempionat oyununa bir həftə qalmış komanda hazır olmalıdı".
Azər Bağırov "Qarabağ"a qarşı keçirdiyimiz yoxlama oyuna barədə də fikirlərini bölüşüb:
"Meydana hər iki hissədə fərqli heyəti buraxmışdıq. Futbolçularımızın daha çox təzyiqdə oynamasını istəyirdik. Hamının 45 dəqiqə meydanda olmasına baxmayaraq yükləmələri daha çox götürməsi vacib idi. Bilirsiniz ki, heyətimiz elə də geniş deyil. Ona görə oyunçuların belə vəziyyətdə mübarizə aparması düşünülmüşdü. Bu, onların həm fiziki, həm də mənəvi tərəfdən performansını yaxşılaşdırması üçün idi. Məncə, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, mübarizədən xoşum gəldi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















