Icma.az
close
up
RU
“15 il ərzində qarşıya qoyduğumuz məqsədlərə çatdıq”

“15 il ərzində qarşıya qoyduğumuz məqsədlərə çatdıq”

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Hacıbəy Heydərli: Ötən müddətdə əldə edilən uğurlar, həyata keçirilən layihələr və reallaşdırılan işlər onu deməyə əsas verir ki, azxeber.com 15 il ərzində Azərbaycan internet media məkanında özünəməxsus yeri rolu olan bir sayt kimi özünü təsdiq edib

Azxeber.com informasiya portalı 2010-cu il aprelin 13-də fəaliyyətə başlayıb. Bildiyiniz kimi bu il artıq bizim 15 yaşımız tamam oldu”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında azxeber.com informasiya portalının təsisçisi və baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, azxeber.com yaranarkən qarşıya qoyulan əsas məqsədlərdən biri Azərbaycanın internet məkanında özünəməxsus yerə malik olmaq, Azərbaycan oxucusunu operativ məlumatlarla təmin etməkdən ibarət olub: "Deyə bilərəm ki, 15 il ərzində qarşıya qoyduğumuz məqsədə çatdıq və öz vəzifəmizin öhdəsindən layiqincə gəlməyi bacardıq. Ötən müddətdə əldə edilən uğurlar, həyata keçirilən layihələr və reallaşdırılan işlər onu deməyə əsas verir ki azxeber.com 15 il ərzində Azərbaycan internet media məkanında özünəməxsus yeri rolu olan bir sayt kimi özünü təsdiq edib. azxeber.com eyni zamanda Azərbaycanın ictimai rəyinə təsir etmə imkanı olan bir sayt kimi ön sıralarda dayanır”.

https://i0.wp.com/www.bayraqdar.info/wp-content/uploads/2025/04/azxeb2.jpg?resize=400%2C289&ssl=1 400w, https://i0.wp.com/www.bayraqdar.info/wp-content/uploads/2025/04/azxeb2.jpg?resize=150%2C108&ssl=1 150w, https://i0.wp.com/www.bayraqdar.info/wp-content/uploads/2025/04/azxeb2.jpg?resize=768%2C554&ssl=1 768w" sizes="(max-width: 800px) 100vw, 800px" style="box-sizing: border-box; max-width: 100%; height: auto;" />

H.Heydərli deyib ki, azxeber.com-un Qazaxıstan, Türkiyə, Özbəkistan, Gürcüstan və İtaliyanın media qurumları ilə əməkdaşlığı var: "Bizim həmin ölkələrin bəzi media orqanları ilə əməkdaşlıq memorandumlarımız var. Yeni dövrdə isə çalışacayıq ki, bu tipli memorandumların sayını daha da artıraq”.

H.Heydərlinin sözlərinə görə, bu əməkdaşlıqlar xüsusilə ona hesablanıb ki, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha çox şəkildə çatdırılmasında azxeber.com olaraq rol oynamaqdır.

O, da xüsusi olaraq vurğulanıb ki, ümumiyyətlə Azərbaycanda bir internet media subyektinin 15 il ərzində fəaliyyət göstərməsi sıradan bir məsələ deyil:

"Hesab edirəm ki, bu, Azərbaycanda media sahəsinə olan diqqətin təzahür olmaqla yanaşı, həm də bizim uğurlu fəaliyyətimizin bir təzahürüdür. Çünki bildiyiniz kimi müasir dövrdə internet media məkanında oxucuları hər dəqiqə təəccübləndirmək, maraqlandırmaq və bu sahədə də ayaqda qalmaq, unudulmamaq olduqca çətin bir məsələdir. Deməli, bunun üçün gecə-gündüz çalışmaq lazımdır ki, biz də ötən 15 il ərzində məhz bu istiqamətdə uğurlu fəaliyyət göstərmişik. Həmin uğurlarımızdan çıxış edərək, əminliklə deyə bilərik ki, qarşıdakı dövrlərdə də oxucularımız bizdən yeni, daha maraqlı məlumatları alacaqlar. Bir sözlə, internet media məkanına yeniliklər gətirmək üçün öz fəaliyyətimizi uğurlar davam etdirəcəyik”.

Müsahibimizin sözlərinə görə, yeni dönəmdə qarşıdaki əsas hədəflərdən biri sosial platformalarda daha da güclənməkdir: "Eyni zamanda yeni ideyalarla, yeni layihələrlə, yeni yazılarla oxucuların görüşünə gəlmək, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində işlərimizi daha gücləndirməkdən ibarətdir. Həmçinin, hədəfimiz multimedia imkanlarından maksimum istifadə etmək, özəl xəbərlərin sayının daha da artırmaqla oxucu kontingentini bir qədər də genişləndirməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 Aprel 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri