Icma.az
close
up
RU
Azər Bağırovun sirli ayrılığının gizlinləri klub rəhbərliyindən şok etiraflar!

Azər Bağırovun sirli ayrılığının gizlinləri klub rəhbərliyindən şok etiraflar!

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Onsuz da Misli premyer-liqasının sonuncu - 36-cı turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Kəpəz" matçı Qərb derbisi statusu daşıdığı üçün futbol ictimaiyyətinin diqqətində idi. Ancaq hakimin start fitindən sonra baş verən qəribə hadisələr prinsipial qarşılaşmaya olan marağı birbəbeş artırdı. Ona görə ki, "Turan Tovuz" ilk 44 dəqiqə ərzində Gəncə təmsilçini 4:0 hesabıyla məğlub duruma saldı.

Ardından, daha dəqiqi, hələ oyun başa çatmamış "Kəpəz"in baş məşqçisi Azər Bağırovun matçdan sonra istefa verəcəyi haqda xəbərlər yayıldı. Əlbəttə, bunun doğru olub-olmadığını anlamaq üçün gözləmək daha məqbul variant idi. Lakin "sarı-göylər"in ruhsuz oyunu fonunda mütəxəssisin qəmgin duruşuna diqqət yetirmək kifayət idi ki, bir qədər sonra veriləcək açıqlamanın mahiyyətini öncədən hiss edəsən.
İstənilən halda, Azər bəy məlum qərarını qəribə fikirlərlə izah etdi və "sarı-göylər"lə bağlı missiyasının bitdiyini elan etdi. Maraqlıdı ki, o, mətbuat konfransında rəhbərliklə şərtlərinin üst-üstə düşmədiyini də dedi, klubda bundan sonra hər şeyin yaxşı olacağını da. Bağırov bir-birinə zidd açıqlamalar verməklə yanaşı, ortaq məxrəcin tapılmadığı məsələləri ictimaiyyətdən gizlətdi. Və gedərkən "Kəpəz"in yeni rəhbərliyinin “bostanına daş atmaqdan” da çəkinmədi: "Zaman göstərəcək ki, kim hardadı? Həmişə demişəm ki, həyatda düz olmaq lazımdı".
Bəli, ad çəkməsə də, Azər bəyin dediklərindən hansısa nəticə çıxarmaq mümkündü. Bəs klub rəhbərliyinin bu istefa ilə bağlı mövqeyi necədi? Bu sualla "sarı-göylər"in idman məsələləri üzrə müşaviri Erkin İbrahimova müraciət etdik:

"Azər müəllimin açıqlamalarından xəbərdarıq. Nə deyibsə, biz də qatılırıq. Məqsədimiz onunla yola davam etmək idi. Ancaq son anda bir neçə mövzuda fikrimiz üst-üstə düşmədi. Gələcəyə baxmalıyıq. Artıq yeni baş məşqçi axtarışına başlamışıq. Bu barədə yalnız bir məqam bəllidi: yeni çalışdırıcı əcnəbi olmayacaq. Həmçinin həmin mütəxəssislə fikrimiz üst-üstə düşməlidi. Biz növbəti mövsüm akademiyaya üstünlük verəcəyik. Yəni əsas maliyyə gəncəli futbolçuların yetişdirilməsinə ayrılacaq. Əsas komanda ilə bağlı hədəf isə builkindən daha yaxşı nəticə əldə etmək olacaq. Əlbəttə, gəncəli azarkeşlərin arzusu daha böyükdü. Ancaq ilk ildən avrokuboklara yollanmaq hədəfi çətin işdi. Düzü, büdcəmiz təsdiqlənməyib. Baş məşqçimiz bəlli olandan sonra əsas komandanın hədəfləri haqda daha dəqiq danışa biləcəyik. O dəqiqdi ki, növbəti mövsüm üçün maliyyəmiz avrokuboklara yollanmaq uğrunda mübarizə baxımından yetərli olmayacaq. Qısası, mərhələli iş görmək istəyirik. Gəncə son illərdə hansı futbolçunu ölkəyə qazandırıb? Səhv etmirəmsə, sonuncu belə oyunçu Mahmud Qurbanov olub. Hər halda, bizim baxış bucağımız fərqlidi. Akademiyaya əcnəbi əlaqələndirici təyin etmək və bu yöndə planlara köklənmək istəyirik".


KƏNAN BAHADIR 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 May 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri