Icma.az
close
up
RU
Azər Həsrətdən GÖZLƏNİLMƏZ AÇIQLAMA: “Bu halda jurnalistikadan gedəcəm” KONKRET

Azər Həsrətdən GÖZLƏNİLMƏZ AÇIQLAMA: “Bu halda jurnalistikadan gedəcəm” KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalistlərin sertifikasiya imtahanından keçməli olduğunu bildirib. Nəzərə alsaq ki, mətbuatda, televiziyalarda xeyli sayda çox savadsız, ali təhsili olmayan media işçisi var, o zaman sertifikasiyanın keçirilməsi çoxları üçün arzuedilməzdir. Bəs görəsən, media ekspertləri Rəşad Məcidin tövsiyəsini necə dəyərləndirirlər? Jurnalistlərin sertifikasiyadan keçməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən media eksperti Azər Həsrət bildirib ki, Rəşad Məcidin təşəbbüsünü dəstəkləyir:

“Sertifikasiyadan keçmək üçün hamıdan öndə gedəcəm. Sertifikasiyadan keçə bilməsəm, jurnalistikadan uzaqlaşmağa da hazıram. Düşünürəm ki, özünə güvənənlər və şəxslərini əsl jurnalist hesab edənlər bu təklifdən qorxmamalıdır və başqalarına örnək olmalıdır. Həqiqətən də jurnalistika sahəsində dəxli olmayan, bu peşəni bilməyən xeyli insan var. Onlar jurnalistikanı gözdən salmaqla məşğuldurlar. Düşünürəm ki, sertifikasiya məsələsi həll olunsa, həmin adamlardan qurtula biləcəyik. Meydan dürüst, vicdanlı və bu peşənin ağırlığını çiynində daşıyacaq insanlara qalmalıdır”.

Tanınmış jurnalist Hacıbəy Heydərli isə saytımıza açıqlamasında bildirib ki, jurnalistlər cəmiyyətin ali və ziyalı təbəqələrindən sayılır:

“Onların sertifikasiyadan keçməsində heç bir problem görmürəm. Media qanununda da göstərilir ki, jurnalist ali təhsilli olmalıdır. Normal ali təhsil alan media nümayəndəsinin sertifikasiya prosesindən keçməsi tam təbiidir. Bu, digər peşə sahiblərindən jurnalistlərin heç bir fərqinin olmadığını göstərə bilər. Təbii ki, burada əsas meyar Azərbaycan dili olmalıdır. Rəşad Məcid məhz bu meyardan çıxış edir və Azərbaycan dilindən imtahan vermək nəzərdə tutulur. Əgər məcburi xarakter daşısa, Azərbaycan mətbuatında növbəti ələnmə prosesi yaşanacaq. Bəzi “jurnalistlər”in mediadan uzaqlaşması prosesi tezləşəcək və mətbuatın inkişafına töhfə verəcək. Ona görə də, sözügedən fikiri dəstəkləyirəm”

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri