Icma.az
close
up
RU
Azər kimdir, Füzuli kimdir? Karvan da rəsmi kimsə var?

Azər kimdir, Füzuli kimdir? Karvan da rəsmi kimsə var?

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Karvan–Yevlax”da hazırkı mənzərə yalnız bir komandanın yox, ümumiyyətlə ölkə futbol idarəçiliyinin ən tipik, ən köhnəlmiş problemlərinin yığcam nümunəsidir. Komandada hələ də rəsmi baş məşqçi Azər Həşimovdur. Kağız üzərində klubun bütün planları, proqramı, qərarları onun adına yazılır.
Lakin meydanın kənarında komandanı hazırlayan, məşq prosesinə rəhbərlik edən şəxs Füzuli Məmmədovdur. Klub iki yol arasında ilişib qalıb: nə Həşimova təzminat verib müqaviləyə uyğun şəkildə yolları ayıra bilir, nə də cəsarət tapıb “bizim seçimimiz budur” deyə Füzuli Məmmədovu - Pro kateqoriyalı, təcrübəli bir mütəxəssisi rəsmən təqdim etməyə güc tapır.
Burada günah məşqçilərdə deyil. Problem bir şəxsin yaxşı, digərinin pis olmasında da deyil. Əksinə, Füzuli Məmmədovun rəhbərlik etdiyi məşq prosesinin nəticə verdiyi açıq-aşkardır və bu adamın indiyə qədər qazandığı uğurlar təsadüfi deyil. Ayağının tozuyla gəldi, “Qarabağ”la qarşılaşmada da təcrübəsini ortaya qoydu. “Karvan” 2:0 məğlub olsa da, komanda oyunu, üslub, Füzuli dəsti-xətti aydın göründü. Amma klub belə bir baş məşqçini hələ də rəsmi olaraq ictimaiyyətə təqdim edə bilmir.
Bu xaosun adı sadəcə “idarəetmə zəifliyi” deyil. Bu, illərlə formalaşmış peşəkarlıq defisitinin, müqavilə mədəniyyətinə hörmətsizliyin və qərardan qaçma praktikasının bariz təzahürüdür.
Azər Həşimov hələ də klubun müqavilə ilə təsdiqlənmiş baş məşqçisidir. Bu o deməkdir ki, klub ya onunla işləməlidir, ya da müqavilə öhdəliklərini yerinə yetirib, yolları ayırmalıdır. Üçüncü yol yoxdur. Amma klub məhz olmayan üçüncü yolu icad edib.
Bu isə klub daxilində ikibaşlı sistem yaradır. Futbolçu hansı məşqçiyə hesabat verir? Komandanın planını kim hazırlayır? Qərara kim cavabdehdir? Biz bilirik tutaq ki, hamısının cavabı Füzuli Məmmədovdur. Bəs camaat? Bu sualların heç birinə rəsmi cavab verilmirsə, bu artıq peşəkar komanda modeli deyil.
Azərbaycan futbolunda illərdir davam edən bir vərdiş var: nəticə pis olanda günah məşqçiyə yazılır, amma idarəetmənin səhvləri heç vaxt önə çəkilmir. Bu gün “Karvan–Yevlax”da gördüyümüz də həmin köhnə vərdişin davamıdır - rəhbərlik real məsuliyyəti öz üzərinə götürmək əvəzinə, qeyri-rəsmi “ikinci məşqçi modeli” ilə prosesi idarə etdiyini zənn edir.
Bu, nə strategiyadır, nə planlama. Bu, sadəcə qərardan qaçmaqdır. Qərardan qaçan klublar isə nə inkişaf edir, nə də uzunmüddətli sabitlik qura bilir.

Şahmat üzrə “Baku Open-2025” turnirinin başlama tarixi açıqlanıb "Aris"in baş məşqçisi: "Bu, Azərbaycana ilk gəlişim deyil" Con Duran "Fənərbaxça"da! Orxan Əliyev: “Millidə də buna davam etmək niyyətindəyəm” "Liverpul"da yeni müqavilə: Bu brendlə anlaşdılar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri