Icma.az
close
up
RU
Azər Məmmədov: “Məşqçilərə vaxt vermək lazımdır”

Azər Məmmədov: “Məşqçilərə vaxt vermək lazımdır”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının V turunda evdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələn “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında medianın suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında fikirlərini bölüşdü:

– Möhtəşəm fanatlarımıza təşəkkür etmək istəyirəm. Bunu hazırda “Kəpəz”in baş məşqçisi kimi yox, Azərbaycan futbol ictimaiyyətinin bir üzvü kimi deyirəm. Gəncə azarkeşləri bu gün bütün ölkə futboluna ayrı bir gözəllik qatır. Meydana sırf qələbə üçün çıxmışdıq. “Şamaxı”ya 1:4 hesablı məğlubiyyətdən sonra həm özümü, həm də komandanı ciddi təhlil etdim. Heyətimiz hələ bir nömrəli futbol oynamağa və hər matçda bu üslubla qələbə qazanmağa hazır deyil. “Qəbələ”yə gəlincə, rəqiblərin oyununu izləyəndə də görünürdü ki, çox dinamik və baxımlı futbol oynayırlar. Olduqca yaxşı kollektivə qarşı mübarizə apardıq. Düzgün analiz apardığımızı düşünürəm. “Qəbələ”nin əsas güc mənbəyi olan bəzi futbolçuları meydanda tam zərərsizləşdirə bildik. Futbolçularımız möhtəşəm oyun nümayiş etdirdilər. Hətta bu gün uduzsaydıq belə, məyus olmağa dəyməzdi, çünki meydanda fərqli, mübariz bir “Kəpəz” var idi.

Azər Məmmədov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Bəzi azarkeşlərin tənqidlərinə və gözləntilərinə münasibətiniz necədir?

– İstəyirəm ki, gələcəkdə şəhərimizin azarkeşləri həmişə güclü bir “Kəpəz” görsünlər. Lakin sosial şəbəkələrdə hər uğursuzluqdan sonra komanda haqqında mənfi düşüncələrlə çıxış edən qeyri-səmimi şəxslər var. İstər Azər Məmmədov olsun, istərsə də başqa bir məşqçi, əgər buradakı mütəxəssisə və “Kəpəz” ictimaiyyətinə imkan verilməsə, komanda həmişə həmin vəziyyətdə qalacaq. O halda keçmişdəki böyük “Kəpəz”i bərpa etmək çətin olar. Burada işləyən hər bir baş məşqçiyə vaxt lazımdır ki, mərhələli şəkildə komandanı tarixi nailiyyətlərinə qaytara bilsin.

– Klubun transfer siyasətini necə qiymətləndirirsiniz? “Şamaxı” ilə matçdan fərqli olaraq bu gün nə dəyişmişdi?

– Müasir futbolda hər şey maliyyəyə bağlıdır. Etiraf edək ki, büdcə yaxşı olsa, daha bahalı və keyfiyyətli futbolçular gətirə bilərik. Biz hazırkı imkanlarımıza uyğun olaraq çox yaxşı komanda formalaşdırmışıq. Gücümüz çatdıqca futbol oynayırıq. “Şamaxı” ilə oyunda bir nömrə kimi çıxış etmək istədik, amma alınmadı. Hələ ki çempionatın 5-ci turudur və komandanın həm gözəl, həm də dominant futbol oynaması üçün zamana ehtiyacımız var. Gələcəkdə öz gücümüzə uyğun rəqiblərlə matçlarda daha yaxşı futbol sərgiləyəcəyik.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 12 Sentyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri