Azərbayca, Türkiyə və Özbəkistanın ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı bundan sonra hər üç ölkə birgə fəaliyyət göstərəcək
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbayca, Türkiyə və Özbəkistanın suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı bundan sonra hər üç ölkə birgə fəaliyyət göstərəcək.
"Report" xəbər verir ki, bu məsələ Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşünun yekunlarına dair qəbul olunmuş Ankara Bəyannaməsində öz əksini tapıb.
Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.
Həmçinin iqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətədavamlılığının artırılmasının vacibliyi qeyd olunub.
Bəyannamədə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti də vurğulanıb.
Ankara Bəyannaməsi, eyni zamanda, Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Yanvar 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















