Azərbaycan 2025 ci ildən beynəlxalq enerji bazarlarında investisiyaçı ölkəyə çevrilir
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan 2025-ci ildən etibarən beynəlxalq enerji bazarlarında fəaliyyətini yeni mərhələyə daşıyıb.
BAKU.WS-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi təxminən 15 il əvvəl əsası qoyulan strateji layihədir və bu müddət ərzində Azərbaycanın enerji ixrac imkanlarını ciddi şəkildə artırıb. Onun sözlərinə görə, əvvəlki illərdə Azərbaycan əsasən enerji məhsullarını ixrac edən ölkə kimi çıxış edirdisə, 2025-ci ildən etibarən bir sıra dövlətlərdə investisiyalar yatırmaqla enerji şirkətləri və layihələrində pay sahibi olub.
C.Bayramov vurğulayıb ki, bu yanaşma Azərbaycanın iqtisadi potensialını genişləndirməklə yanaşı, enerji diplomatiyasına da yeni məzmun və imkanlar qazandırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















