Icma.az
close
up
RU
Azərbaycan ABŞ münasibətlərinə dair yeni kitab nəşr edilib

Azərbaycan ABŞ münasibətlərinə dair yeni kitab nəşr edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən “Azərbaycan-ABŞ münasibətləri: Strateji tərəfdaşlığa doğru yeni kursun müəyyənləşdirilməsi” kitabı nəşr olunub.

BMTM-dən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin şöbə müdirləri Vasif Hüseynov, Şahmar Hacıyev və baş məsləhətçi Yunis Qurbanovun həmmüəllifləri olduqları nəşrdə ortaq maraqlara və konstruktiv əməkdaşlığa əsaslanan Azərbaycan-ABŞ münasibətlərinin inkişaf prosesi araşdırılır, dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq ətraflı şəkildə təhlil edilir.

Kitabın ön sözünün müəllifi BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli sammiti tarixi dönüş nöqtəsi kimi xarakterizə edib. Bildirib ki, bu sammit Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən sülh prosesini irəlilətməklə yanaşı, ABŞ-ın bölgənin gələcəyinin formalaşmasında yenidən əsas rol oynadığını da nümayiş etdirib.

“Azərbaycan tərəfindən uzun müddət müdafiə olunan prinsiplərə əsaslanan sülh müqaviləsinin paraflanması münaqişə və məcburi köçkünlük kimi ağrılı mərhələnin sonlanmasına gətirib çıxarıb, sabitlik, rifah və inteqrasiyaya yol açıb”, - deyə F.Şəfiyev vurğulayıb.

Kitabın “Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasının qoyulması”, “Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ABŞ-Azərbaycan münasibətləri”, “Qeyri-enerji sektorlarında iqtisadi əməkdaşlıq və əlaqəlilik” bölmələri şöbə müdiri Vasif Hüseynov, “Enerji sahəsində əməkdaşlıq strateji tərəfdaşlığın əsas sütunu kimi” bölməsi şöbə müdiri Şahmar Hacıyev, “İkitərəfli əlaqələrin tarixi inkişaf yolu” bölməsi isə baş məsləhətçi Yunis Qurbanov tərəfindən hazırlanıb.

Nəşrin nəticə və tövsiyələr bölməsində Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bildirilib ki, uzun müddət neft-qaz sektoru və enerji təhlükəsizliyi üzərində qurulan bu münasibətlərdə artıq qeyri-enerji sektoru, ticarətin şaxələndirilməsi, TRIPP dəhlizi, süni intellekt, rəqəmsal innovasiyalar, kosmik tədqiqatlar və təhsil əsas prioritetlərə çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri