Icma.az
close
up
RU
Azərbaycan ABŞ Strateji tərəfdaşlığı tarixi sülhü və yeni qlobal perspektivləri ehtiva edir

Azərbaycan ABŞ Strateji tərəfdaşlığı tarixi sülhü və yeni qlobal perspektivləri ehtiva edir

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Ötən həftə çox mühüm hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri və Ağ Evdə keçirilən yüksək səviyyəli görüşlər təkcə ikitərəfli münasibətlərin deyil, həm də Cənubi Qafqazın siyasi xəritəsinin yenidən formalaşmasına səbəb olacaq tarixi hadisədir. Səfərin nəticələri, imzalanan sənədlər və verilən siyasi mesajlar Azərbaycanın xarici siyasət kursunun çevikliyini, milli maraqlara xidmət edən diplomatiyanın səmərəliliyini və dövlətin qlobal arenada artan nüfuzunu nümayiş etdirir.
Dövlət başçısının okeanın o tayına səfəri yalnız protokol tədbirlərindən ibarət olmayıb. Səfərin həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından dərin strateji məzmunu var. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq səviyyəsinə qalxması həm yeni imkanlar, həm də daha böyük məsuliyyət deməkdir.
Strateji tərəfdaşlığın mahiyyəti və geosiyasi əhəmiyyətinə diqqət etsək görərik ki, Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, strateji tərəfdaşlıq formatı qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə və terrorçuluğa qarşı mübarizə kimi çoxşaxəli sahələri əhatə edir. Bu əməkdaşlıq formatı Azərbaycanın beynəlxalq mövqelərini gücləndirəcək bir neçə əsas üstünlük yaradır. Əməkdaşlıq geosiyasi balansın möhkəmlənməsinə xidmət edəcək. ABŞ-la sıx tərəfdaşlıq Azərbaycanın regiondakı təsirini artıracaq, müxtəlif güc mərkəzləri ilə münasibətlərdə balans yaratmağa imkan verəcək. İqtisadi diversifikasiya görüşün əsas nəticələrindən biri olacaq. Enerji resurslarından kənar sahələrdə ABŞ investisiyalarının cəlb olunması iqtisadiyyatın dayanıqlılığını təmin edəcək.
Azərbaycanın yerləşdiyi məkan təhlükəsizlik zəmanətləri tələb edən ərazidir. Müdafiə sahəsində əməkdaşlıq, kiber və enerji təhlükəsizliyi üzrə birgə layihələr milli təhlükəsizlik strategiyasına əlavə güc verəcək. Azərbaycan üçün bu, həm də qlobal iqtisadi və texnoloji trendlərə inteqrasiya baxımından yeni pəncərədir. Görüşü tarixi sülh prosesinin başlanğıcı və diplomatik irəliləyiş adlandırsaq, yanılmarıq. Prezident İlham Əliyev 1992-ci ildən bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasını tarixi hadisə kimi qiymətləndirərək, ABŞ Prezidentinin şəxsi təşəbbüsünü xüsusi qeyd edib.
Ən mühüm məqamlardan biri 30 illik münaqişəyə son qoyulmasıdır. Ermənistan və Azərbaycan arasında sülhə nail olunması Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yaradır.
Qloballaşan dünyada yeni geosiyasi rellıqlar meydana çıxır. Burda diplomatik iradə və liderlik şərtdir. Sevindirici hallardan biri odur ki, Prezident Trampın 6 ay ərzində atdığı addımlar uzun illər nəticəsiz qalan ATƏT-in Minsk qrupu prosesini real razılaşma ilə əvəzləyib.
Sülhün iqtisadi potensialına nəzər salsaq görərik ki, regional nəqliyyat və ticarət əlaqələrinin açılması, investisiya axınının artması və sərhədyanı bölgələrin dirçəlməsi üçün zəmin yaranır. Prezident İlham Əliyev bu nailiyyətə görə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini təklif etməklə həm diplomatik jest göstərdi, həm də peşəkar diplomatik gedişlə beynəlxalq ictimaiyyətin diqqətini Qafqazın sülh prosesinə yönəltdi.
Tərəfdaşlığın önəmli sektorundan biri də enerji tərəfdaşlığıdır. Səfərin iqtisadi hissəsinin ən mühüm elementi SOCAR və ExxonMobil arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanmasıdır. Bu sənədin strateji əhəmiyyəti bir neçə aspektdə özünü göstərir. Memorandum həm ənənəvi, həm də qeyri-ənənəvi neft-qaz potensialının dəyərləndirilməsini nəzərdə tutur. ExxonMobil kimi qlobal nəhəngin texnoloji imkanları Azərbaycanın enerji sənayesində innovasiyaları sürətləndirəcək. İxrac imkanlarının genişlənməsinə xidmət edən memorandum nətucəsində ABŞ tərəfdaşlığı Azərbaycanın enerji bazarına çıxışını daha da artıracaq. Bu əməkdaşlıq həm də Azərbaycanın beynəlxalq enerji layihələrində lider mövqeyini möhkəmləndirir və ölkənin enerji təhlükəsizliyi strategiyasına uyğun gəlir.
Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması təkcə iki ölkə arasında əlaqələrin güclənməsi deyil, həm də regional və qlobal siyasətdə yeni reallıqların formalaşması deməkdir. Siyasi baxımdan bu, Cənubi Qafqazda davamlı sülhə, iqtisadi baxımdan isə yeni investisiya və ticarət imkanlarının yaranmasına yol açır. Enerji sahəsində isə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin vacib iştirakçısı kimi mövqeyini möhkəmləndirir.
Bu tarixi mərhələ Azərbaycan diplomatiyasının uğurlu strategiyasını və ölkənin qlobal miqyasda artan rolunu nümayiş etdirir. Qarşıdakı illərdə bu tərəfdaşlıq formatının reallaşdırılması həm ölkəmizin inkişafına, həm də beynəlxalq sabitliyə töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Avqust 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri