Icma.az
close
up
RU
Azərbaycan Afrika qitəsində yerləşən ölkələrə hər zaman dəstək verib Sevinc Hüseynova Yeni Gündəm

Azərbaycan Afrika qitəsində yerləşən ölkələrə hər zaman dəstək verib Sevinc Hüseynova Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Somali prezidenti arasında keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrin xarakterindən xəbər verir. Sözsüz ki, ölkəmizin xarici siyasət kursunda dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq vacib yer tutur. Bu mənada ölkəmiz Şərq və Qərb, Şimal və Cənub arasında mühüm körpü rolundadır.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq səviyəsində Afrika qitəsində yerləşən ölkələrlə də qarşılıqlı əlaqələrin qurulmasında maraqlıdır: “Bu xüsusda Azərbaycanla Afrika qitəsində yerləşən dövlətlər arasında münasibətlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Artıq bu əlaqələr yeni mərhələyə yüksəlib. Somali prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri bu baxımdan qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün önəmlidir”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Somali prezidenti Hasan Şeyx Mahmudun mətbuata verdiyi birgə bəyanatda da qarşıdan duran əsas hədəflər açıqlanıb: “Ölkəmizin başçısı bildirib ki, bu tarixi səfərdir. Cənab Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir: “Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq”. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr bu baxımdan olduqca təsirlidir”. Sözsüz ki, Somali prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanmış vacib sənədlər münasibətlərin bundan sonrakı inkişafında yeni bir səhifə açacaq. İmzalanmış yüksək səviyyəli ikitərəfli əlaqələrin xarakterini ifadə edən sənədlər bu mənada vacib rola malikdir. Somali prezidentinin də vurğuladığı kimi Azərbaycana səfəri, təkcə diplomatik əməkdaşlıq deyil, ölkələr arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı hesab edilir. Azərbaycanın qazandığı təcrübəni bölüşmək baxımından mühüm amildir. Təbii ki, Azərbaycan özünün inkişaf konsepsiyası və zəngin təcrübəsi ilə Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməyi proqnozlaşdırır”.

Sevinc Hüseynova vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının (QH) üzvü olan Somali müsəlman ölkəsi kimi hər zaman Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan əməkdaşlıq yarada bilib: “Hər iki ölkə Qoşulmama Hərəkatı çərçivəsində də mühüm əməkdaşlıq formalaşdırıb. Azərbaycanla Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq üçün mühüm perspektivlər açıb. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kontakt Qrupunun üzvü kimi ölkəmizin ərazi bütövlüyünə dəstəyini ifadə edib. Sözsüz ki, Azərbaycan da öz növbəsində Afrika ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıqda maraqlı olub və bu ölkələrə öz dəstəyini göstərib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 16 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri