Icma.az
close
up
RU
Sevinc Hüseynova: “Azərbaycan regional və qlobal miqyasda aparıcı faktora çevrilib Yeni Gündəm

Sevinc Hüseynova: “Azərbaycan regional və qlobal miqyasda aparıcı faktora çevrilib Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum olduqca önəmli idi. Ölkəmizin başçısı Forumda çıxış edərək vacib mesajlar səsləndirib. Həmçinin Ona ünvanlanan müxtəlif səpgili suallara dolğun və əhatəli cavablar verməklə Azərbaycan-Ermənistan, sülh prosesi, regional və qlobal miqyasda baş verən hadisələri dolğun şəkildə cavablandırıb. Sözsüz ki, beynəlxalq siyasətin müzakirəsinə həsr olunan bu tədbirin yeddinci dəfədir keçirilməsi böyük maraqla qarşılanır. Ötən illərdə 60 ölkədən 200-dən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş müzakirələrdə iştirak edib. İştirakçılar daha sonra regional və qlobal məsələlərlə bağlı bir çox məqalələrlə çıxış edib ki, bu da ölkəmizlə bağlı əsas həqiqətlərin və Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin beynəlxalq tərənnümündə mühüm önəmə malikdir.

Bu sözləri “Yeni Gundem”-ə  YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu vacib platformaya çevrilir: “Forum dünyada getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, qlobal məsələlərin tənzimlənməsində mühm rol oynadığını bir daha ortaya qoyur. 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən Forum Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirməsi, regional sülhün təşviqi və azad edilmiş ərazilərin bərpası istiqamətindəki səylərini nümayiş etdirir. Bu bir reallıqdır ki, Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatları, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə mühüm önəm kəsb edir. Dünyada sülhə və təhlükəsizliyə böyük töhfələr verən Azərbaycan qlobal miqyaslı forumlarla beynəlxalq ictimaiyyətə mühüm təşəbbüsləri çatdırmış olur. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləri ölkəmizin nüfuzuna da təsir edir. Ölkəmizin artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rolu bunu bir daha təzahür etdirir. ADA Universitetində keçirilən Forum da dünyada baş verən mürəkkəb geosiyasi, iqtisadi və ekoloji proseslərin fonunda vacib rol oynayır. Tədbir iştirakçıları qlobal sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa təhdid yaradan amilləri məhz bu forumda müzakirə edərək qarşıda duran problemlərə qarşı birgə yanaşmaların formalaşmasına töhfə vermiş olur”.

Deputat vurğulayıb ki, Forumda həmçinin ölkə başçısı tərəfindən yeni dünya nizamı kontekstində regional əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt və digər çağırışların müzakirə olunduğunu diqqətə çatdırılıb: “Sözsüz ki, bu gələcəyə yönəlmiş siyasətlərin və strategiyaların işlənməsinə, həyata keçirilməsinə şərait yaradır. Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən bəhs edib. Ölkə başçısının da vurğuladığı kimi müxtəlif ölkələrdən gəlmiş ekspertlər qlobal gündəlikdə duran məsələləri müzakirə edib. Eyni zamanda bu səfərlərin Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa, daha dolğun məlumatların əldə olunmasına və yayılmasına təsiri olduqca böyükdür. COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və BMT Təhlükəsizlik Şurasının qeyr-daimi üzvü olması sözsüz ki, ölkəmizin xarici siyasətinin ən böyük uğurlarından biri idi. Ölkə başçısının da qeyd etdiyi kimi COP29 iqlim konfransının gerçəkləşdiyi günlərdə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulması, bundan öncə isə COVID-i idarə etmək uğurlu təcrübələrindən biri kimi yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda mövqeyinin möhkəmlənməsi, Avropa İttifaqı və digər bir sıra təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişafı onun xarici siyasət strategiyasının xarakterini nümayiş etdirir. Məhz 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və inkişafında vacib siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşayıb. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi yüksək statusa malik olması uğurlu siyasətin nəticəsində mümkün olub. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu məharətlə icra edib”.

Sevinc Hüseynova hesab edir ki, Forumda Prezident İlham Əliyev tərəfindən Türk dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini bəyan etməsi böyük maraqla qarşılanan məsələlərdən oldu: “Tarix, etnik köklər, dillər arasında oxşarlıqlar, mədəniyyətlər, adət-ənənələr bu birliyin möhkəmlənməsində vacib əhəmiyyət kəsb edir. Təbii ki, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan münasibətləri kökündən dəyişib. Suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bu gün öz tərəfdaşları ilə fərqli müstəvidə münasibətlərin qurulmasını region üçün sülh və əməkdaşlığın, təhlükəsizliyin təmin edilməsini təşviq edir. Eyni zamanda Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır. Forumda iştirak edən beynəlxalq ekspertlər Azərbaycanın müharibə zamanı təmkinli yanaşmasını və mülki infrastrukturun qorunmasını diqqətə çatdırıblar. Həmçinin müharibə nəticəsində ev-eşiklərindən didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq imkanı əldə etməsi qeyd olunub”.

Təftiş Komissiyasının sədri vurğulayıb ki, Azərbaycanın hazırda mühüm geosiyasi aktor kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş kimi çıxış edir: “Ölkəmiz öz siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən yanaşma sərgiləyir. Bu da öz növbəsində qarşılıqlı faydalı əməkdaşlığa önəm verən aparıcı dövlətlər və güc mərkəzləri üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan bu gün Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyidir. Hər zaman hümanizm prinsiplərinə sadiq olan Azərbaycan Türkiyə ilə İsrailin ilk dəfə barışmasında mühüm vasitəçilik edib. Ölkəmizin başçısı da məhz bu amilə diqqətə çəkərək Türkiyə ilə İsrail arasındakı ilk böhran zamanı Azərbaycanın fəal rolundan bəhs edib. Azərbaycan Türkiyə ilə müttəfiq ölkədir və hər iki tərəf  yəni, Türkiyə və İsrail ölkəmiz üçün qardaşlıq, dostluq münasibətlərinə malikdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin Liderliyi ilə regional və qlobal miqyasda aparıcı faktor kimi çıxış etməklə sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 12 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri