Icma.az
close
up
RU
Sevinc Hüseynova: “Azərbaycan xalqı Mart soyqırımı qurbanlarını ehtiramla yad edir” Yeni Gündəm

Sevinc Hüseynova: “Azərbaycan xalqı Mart soyqırımı qurbanlarını ehtiramla yad edir” Yeni Gündəm

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Tarixin müxtəlif dövrlərində azərbaycanlılar ermənilərin soyqırım, etnik təmizləmə siyasətinə məruz qalıb, min illiklər boyu yaşadığı ərazilərdən zorla deportasiya edilib, sürgün, məşəqqətlər, köçə məcbur olunub. Bu bəzi qüvvələrin ermənilər üzərindən Cənubi Qafqazda həyata keçirməyə çalışdığı siyasətin mahiyyətindən irəli gəlib. Başqalarının əlində alət olan ermənilər öz çirkin xislətlərini azərbaycanlılara qarşı qanlı cinayətlər həyata keçirməklə nümayiş etdiriblər. XIX əsrin sonu XX əsrin əvvəllərində Cənubi Qafqazda dəyişən geosiyasi hadisələr fonunda ermənilər bu regionda azərbaycanlı, türk məfhumunu sıxışdırıb çıxarmaq üçün qanlı terror aktları həyata keçirib.

Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, tarixin ayrı-ayrı dövrlərində Azərbaycanlıların yaşadığı ata-baba yurdlarında erməni qaniçənlər amansız qətliamlar, soyqırımlar törədib: “Bu coğrafiyaya sonradan gələn və məkirli siyasi ambissiyalar üçün köçürülən ermənilər bölgənin əzəli-əbədi sakinlərinə yəni, azərbaycanlılara qarşı amansız divan tutublar. 1905-1908-ci illərdə erməni cəlladları tərəfindən Azərbaycan türklərinə qarşı edilən qanlı qırğınlar unudulmayıb. Sonrakı dövlərdə də ermənilər öz çirkin niyyətindən əl çəkməmiş bölgənin əsl sahiblərinə qarşı soyqırım etnik-təmizləmə siyasəti həyata keçiriblər. İndiki Ermənistan ərazisində yəni, tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın 1948-1953-cü illərdə və sonrakı dövrlərdə zorla köçürülməsi, etnik təmizləmə, bölgənin etnik genefondunun dəyişdirilməsi məqsədinə xidmət edib. 1988-ci ildə isə Ermənistan ərazisində azərbaycanlıların zorla deportasiya edilməsinin növbəti mərhələsi həyata keçirilib. Zorla köçürülmə və etnik təmizləmə zamanı soydaşlarımıza amansız divanlar tutulub. Əsrin əvvəllində erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı hərəkatının növbəti mərhələsi məhz 1918-ci 31 mart qırğınları olub. Həmin dövrdə ermənilər, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində “erməni dövləti” qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədib. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Azərbaycanlılara qarşı qırğınlar 1918-ci ilin martın 30-dan aprelin 2-ə qədər davam edib və tarixdə “1918-ci ilin Mart Günləri” kimi qalıb”.

Deputat erməni daşnaklarının bu soyqırım aktının Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd cəhdi olduğunu söyləyib: “Soyqırım və qanlı cinayətlər Bakı ilə yanaşı 1918-ci ilin aprel ayının ilk ongünlüyündən etibarən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrində də davam etdirilib. Sözsüz ki, azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırım aktına o dövrdə hüquqi-siyasi qiymət vermək mümkün olmayıb. Azərbaycan Xalq Cumhuriyyəti dövründə başlanan istintaq işi Cumhuriyyətin süqutu ilə yarımçıq qalıb. Sonrakı dövrdə isə ermənilərin azərbaycanlılara qarşı bu qanlı soyqırım aktını unutdurmağa çalışıblar. Amma Azərbaycan xalqı öz başına gələn müsibətləri heç vaxt unutmur və ondan lazımı dərs çıxarmağı bacarır. Beləliklə, 1918-ci ilin Mart soyqırımına hüquqi-siyasi qiymət də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə  həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

1918-ci ilin Mart qırğınlarının izlərinə Azərbaycanın ayrı-ayrı bölgələrində sonrakı dövrlərdə də rast gəlinib. 2007-ci ildə Qubada aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə bolşevik-erməni quldur dəstələri tərəfindən törədilmiş soyqırımın əyani sübutudur. Bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına dair Sərəncam imzalayıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. Çünki 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törədib. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olub”.

Sevinc Hüseynov 1988-ci ildən başlayaraq keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri olan Xocalı Soyqırımına diqqət çəkib.

Bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum nəticəsində bir gecədə 613 nəfər dinc sakin qəddarlıqla öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalıb, 150 nəfər isə itgin düşüb. Xocalı soyqırımına da Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib. Ümummilli Lider bununla bağlı 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman imzalayıb. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Ulu Öndər Heydər Əliyev tərəfindən Fərman verilib. Ümummilli Lider Heydər Əliyevin 1994-cü il 26 fevral ərəfəsində Milli Məclisə göndərdiyi təklifi əsasında Parlament tərəfindən “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumatlar göndərilib”.

“Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qazandığı şanlı zəfərlə tarixi ədalət bərpa olundu. Vətən müharibəsindəki tarixi qələbə Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün sərhədlərimizdə qürurla dalğalanır. Xankəndidə, əsrin faciəsinin baş verdiyi Xocalıda, Ağdərədə və digər ərazilərimizdə Böyük Qayıdış Konsepsiyasına uyğun işlər görülür. Xalqımız sözsüz ki, ermənilərin uzun on illiklər başımıza gətirdikləri müsibətləri unutmur. Ona görə də, Azərbaycan xalqı bu gün Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırır”, – Təftiş Komissiyasının sədri əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 31 Mart 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see203

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see188

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see148

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see143

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see141

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see138

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see136

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see134

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see133

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see132

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see131

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see131

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see130

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see129

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see126

Yumurtaları belə saxlayın Uzun müddət təzə qalacaq

16 Avqust 2025 22:41see125

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see120

Müslüm Maqomayevin SSRİ də göstərilməyən konserti

17 Avqust 2025 09:29see119

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see119

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri