Azərbaycan Aİ ilə xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müzakirələri davam etdirəcək
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aİ ilə Azərbaycan xarici siyasət və təhlükəsizlik məsələləri, o cümlədən enerji və nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın dərinləşdirilməsi potensialı barədə müntəzəm məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı və Azərbaycan arasında təhlükəsizlik dialoqunun Brüsseldə keçirilmiş 6-cı görüşünün yekunlarına dair birgə bəyanatda deyilir.
Tədbir mayın 22-də keçirilsə də, bəyanat yalnız bu gün yayılıb.
Sənədə əsasən, tərəflər açıq və konstruktiv şəkildə Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin vəziyyəti, habelə qarşılıqlı maraq doğuran xarici siyasət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.
Aİ Azərbaycanın azad edilmiş ərazilərində bərpa işlərinə kömək edə biləcək vasitələri araşdırmağa hazır olduğunu vurğulayıb.
İştirakçılar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində növbəti addımları müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 28 May 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















