Icma.az
close
up
RU
“Azərbaycan Aİ münasibətləri regionda sabitlik və inkişafa töhfə verir” EKSPERT FİKRİ

“Azərbaycan Aİ münasibətləri regionda sabitlik və inkişafa töhfə verir” EKSPERT FİKRİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşması region üçün çoxşaxəli əhəmiyyət daşıyır. İlk növbədə qeyd etməliyəm ki, Avropa İttifaqı dünya siyasətində və iqtisadiyyatında mühüm güc mərkəzlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan isə həm enerji resursları, həm də coğrafi mövqeyi baxımından strateji əhəmiyyət kəsb edir. Bu iki tərəfin münasibətlərinin inkişafı regiondakı siyasi sabitlik və iqtisadi inteqrasiya baxımından yeni imkanlar yaradır: "Birinci növbədə, enerji əməkdaşlığı məsələsi ön plana çıxır. Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixrac edir. Münasibətlərin yaxşılaşması ilə bu əməkdaşlıq daha da genişlənə, yeni enerji layihələri gündəmə gələ bilər. Bu, bir tərəfdən Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirəcək, digər tərəfdən isə Azərbaycanın ixrac potensialını artıracaq və ölkəyə əlavə maliyyə gəlirləri gətirəcəkdir.

Siyasi müstəvidə münasibətlərin yaxınlaşması Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Avropa İttifaqı ilə konstruktiv əməkdaşlıq Azərbaycanın sülh təşəbbüslərinə dəstək verə, Cənubi Qafqazda sabitliyin təmin olunmasına müsbət təsir göstərə bilər. Xüsusilə, Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Aİ-nin neytral və konstruktiv rolu Azərbaycanın maraqlarına xidmət edə bilər. Digər mühüm istiqamət isə iqtisadi inteqrasiyadır. Avropa İttifaqı Azərbaycan üçün böyük ticarət tərəfdaşıdır. Münasibətlərin yaxşılaşması ticarət dövriyyəsinin genişlənməsinə, yerli sahibkarların Avropa bazarına çıxış imkanlarının artmasına və yeni investisiyaların cəlb edilməsinə səbəb ola bilər. Bu həm də qeyri-neft sektorunun inkişafına güclü stimul verəcəkdir. Bundan əlavə, Avropa İttifaqı ilə yaxınlaşma təhsil, texnologiya və sosial sahələrdə əməkdaşlığı da əhatə edə bilər. Avropa təcrübəsinin Azərbaycana transferi idarəetmənin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və insan kapitalının inkişafı üçün mühüm rol oynayacaqdır.

Nəhayət, münasibətlərin yaxşılaşması regional əməkdaşlıq platformalarının möhkəmlənməsinə də təsir göstərə bilər. Azərbaycan, Avropa İttifaqı və qonşu ölkələr arasında həyata keçiriləcək ortaq layihələr regionun həm siyasi sabitliyinə, həm də iqtisadi rifahına xidmət edəcəkdir. Ümumilikdə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşması ölkəmizin beynəlxalq siyasətdə balanslaşdırılmış kursuna uyğun olaraq həm iqtisadi inkişafı, həm də siyasi nüfuzunu gücləndirən mühüm amil kimi qiymətləndirilə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri