Türk Qızıl Aypara Şəbəkəsinin iclası keçirilib, Bakı Bəyannaməsi imzalanıb FOTO
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiq edilmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQŞ) iclası keçirilib.
APA xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Millət vəkili Novruz Aslanov, Azərbaycan Xarici işlər nazirin müavini Samir Şərifov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Türk Kızılay Başkanı Prof. Dr. Fatma Meriç Yılmaz, Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin prezidenti Çingiz Çakıpov və digər milli cəmiyyət rəhbərləri çıxış ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov çıxışı zamanı son illərdə Türk dövlətlərinin Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlığın daha da intensivləşdiyini bildirib:
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Türk Qızılayının COVID-19 pandemiyası və II Qarabağ müharibəsi dövründə, həmçinin Türkiyədə baş vermiş zəlzələ zamanı nümayiş etdirdiyi əməkdaşlıq, türk dünyasının humanitar harmoniyasının ən parlaq nümunələrindən biri olub”.
Xarici işlər nazirinin müavini Samir Şərifov çıxışı zamanı qeyd edib ki, Türk Dövlətləri Təşkilatında hazırda siyasi və iqtisadi məsələlər də daxil olmaqla 40-dan artıq sahə üzrə müxtəlif əməkdaşlıq formatları mövcuddur.
Qırğızıstanın Milli Qızıl Aypara Cəmiyyətinin prezidenti Çingiz Çakipov Qırğızıstan Türkdilli Dövlətlərin Təşkilatına (TDT) üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsində sədrlik vəzifəsini Azərbaycana təhvil verdiyini elan edib.
Tədbirin ilk sessiyasında iştirakçılara 2025-ci ildə icra olunan layihələr, regional tərəfdaşlıq formatları və üzv Milli Cəmiyyətlər arasında humanitar koordinasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə təqdimat olub.
İkinci sessiya 2026-cı il üçün uzunmüddətli hədəflərin, prioritet fəaliyyət istiqamətlərinin və birgə öhdəliklərin müzakirəsinə həsr olunub.
2026-cı il üzrə Strateji Yol Xəritəsi Sorğusunun nəticələri nəzərə alınmaqla Milli Cəmiyyət rəhbərləri iqlim dəyişiklikləri, fəlakətə hazırlıq və müdaxilə, innovasiya, rəqəmsallaşma və könüllülərlə iş kimi tematik istiqamətlərin gələn ilin fəaliyyət planına inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu müzakirələrin 2026-cı ildə Türkiyədə keçiriləcək TDT Zirvə Bəyannaməsinin humanitar bölməsinin hazırlanmasına töhfə verməsi nəzərdə tutulur.
Tədbir üzv Milli Cəmiyyətlər arasında əməkdaşlıq və həmrəyliyi təsdiq edən Türk Qızıl Aypara Şəbəkəsinin Bakı Bəyannaməsinin imzalanması ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 19 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















