Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri fəaliyyətə başlaya bilər
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinin fəaliyyətə başlamasına zərurət var.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda təşkil olunan dəyirmi masada deyib.
O, qeyd edib ki, bəzi xəstələrdə ürək transplantasiyasına ehtiyac yaransa da, əməliyyatın həyata keçirilməsi hər zaman risklər daşıyır: “Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri fəaliyyət göstərsə, xəstələrə transplantasiya əməliyyatının texniki və klinik imkanları, habelə əməliyyatdan sonra sağ qalma perspektivi dəqiqliklə müəyyən edilə bilər”.
Cəmiyyətin sədri əlavə edib ki, belə mərkəzlərin yaradılması diaqnostika və müalicə prosesini optimallaşdıraraq xəstələrin sağlamlıq nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















