Icma.az
close
up
RU
Azərbaycan Almaniya əməkdaşlığı qarşılıqlı inkişaf və tərəqqiyə yol açacaq

Azərbaycan Almaniya əməkdaşlığı qarşılıqlı inkişaf və tərəqqiyə yol açacaq

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 2-də Azərbaycan və Almaniya prezidentləri İlham Əliyev və Frank-Valter Ştaynmayer Bakıda görüşərək mətbuata bəyanatlarla çıxış etdilər. Bu tarixi görüş iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi.Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, bu səfər Azərbaycan-Almaniya əməkdaşlığına mühüm töhfələr verəcək və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq. Dövlətlərarası münasibətlər təkcə diplomatik sahə ilə məhdudlaşmır. İqtisadiyyat, enerji təhlükəsizliyi, ticarət dövriyyəsinin genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə kimi strateji sahələr bu əlaqələrin əsas sütunlarını təşkil edir.

Dövlətimizin başçısı qeyd edib: “Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.
Azərbaycan-Almaniya münasibətləri tarixən dinamik inkişaf yolu keçib. İkitərəfli əlaqələr son illərdə daha intensiv xarakter alıb və bu, yüksək səviyyəli rəsmi səfərlərlə də öz təsdiqini tapır. Ötən il Prezident İlham Əliyevin Berlində keçirdiyi görüşlər bu əlaqələrin gücləndirilməsinə mühüm töhfə vermişdir. Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri isə bu dialoqun davamlılığını və əhəmiyyətini bir daha sübut etdi. Liderlər arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh prosesi və regional təhlükəsizlik məsələləri də müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın 30 il boyunca Ermənistanın işğalı səbəbindən üzləşdiyi çətinlikləri vurğulayaraq, ölkəmizin beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdiyini bildirdi.
“Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir” – deyə dövlət başçısı bəyan etdi. Bu tarixi Zəfər sayəsində bu gün regionda sülh və sabitlik üçün yeni imkanlar yaranıb. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin imzalanmasına konstruktiv yanaşır və artıq tərəflər arasında razılaşmaların əldə edilməsi üçün ciddi addımlar atılır. Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişaf dinamikası diqqət çəkir. 2024-cü ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycanın Almaniyaya ixrac etdiyi neftin həcminin yüksəlməsi olub. Lakin Azərbaycan iqtisadi münasibətlərin yalnız enerji sektoruna əsaslanmasını istəmir və əməkdaşlıq sahələrini daha da genişləndirməyi planlaşdırır.
Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq iki ölkə üçün mühüm perspektivlər açır. Azərbaycan 2030-cu ilə qədər yaşıl enerji istehsal gücünü 6 giqavata çatdırmaq niyyətindədir və bunun bir hissəsi Avropaya ixrac ediləcək. Bu sahədə Almaniya şirkətlərinin texnoloji təcrübəsi və Azərbaycanın böyük enerji potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Almaniya ilə əməkdaşlıq daha da intensivləşdi. Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizədə aktiv iştirak edir və bu istiqamətdə beynəlxalq tərəfdaşları ilə birgə layihələr həyata keçirir.
Prezident İlham Əliyev qeyd edib ki, COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. Bu sahədə Almaniya ilə əməkdaşlıq, enerji keçidinin sürətləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində geniş imkanlar açır. Azərbaycan və Almaniya prezidentləri, həmçinin qlobal geosiyasi vəziyyətə dair də fikir mübadiləsi apardılar. Dünya siyasətində baş verən proseslər regiona da təsir göstərir və bu məsələlərdə açıq və səmimi dialoq aparmaq vacibdir. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və beynəlxalq arenada etibarlı tərəfdaş kimi çıxış etməsi bu gün ölkəmizi dünya miqyasında nüfuzlu oyunçulardan birinə çevirib.
Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək. “Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha da yaxın edəcəkdir,” - deyə Prezident İlham Əliyev vurğuladı. Azərbaycan və Almaniya arasında münasibətlərin dərinləşməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Enerji, ticarət, sənaye və texnologiya sahələrində birgə layihələrin icrası iqtisadi inkişaf üçün mühüm perspektivlər açır. Bu səfər, eyni zamanda, Azərbaycan-Almaniya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu və iki ölkənin strateji tərəfdaşlıq istiqamətində daha da yaxınlaşdığını nümayiş etdirdi. Azərbaycan və Almaniya arasında bu yeni əməkdaşlıq mərhələsi qarşılıqlı inkişafa və tərəqqiyə yol açacaq.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri