Icma.az
close
up
RU
Hümbət Musayev: Azərbaycan Çin əməkdaşlığı qarşılıqlı hörmət və tərəqqiyə əsaslanan birgə fəaliyyət modelidir

Hümbət Musayev: Azərbaycan Çin əməkdaşlığı qarşılıqlı hörmət və tərəqqiyə əsaslanan birgə fəaliyyət modelidir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyub. Xüsusi qeyd olunmalı hadisələrdən biri isə Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 22-24-də Çinə dövlət səfəri olub. Bu səfər çərçivəsində yüksəksəviyyəli görüşlər, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqlar keçirilib və onların nəticəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bu hadisə ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub, Azərbaycan liderinə və ölkəsinə göstərilən xüsusi hörməti bir daha nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu fikir “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin Çinin Sincan-Uyğur Muxtar Rayonunun “Tianshan” (https://www.ts.cn/) rəsmi saytında dərc edilmiş “Azərbaycan və Çin: ortaq dəyərlər əsasında yüksəlmiş strateji tərəfdaşlıq” adlı məqaləsində yer alıb.

Hümbət Musayevin məqaləsi Azərbaycan ilə Çin Xalq Respublikası arasında əməkdaşlığın müasir mərhələsinə dair fundamental icmal təqdim edib. Məqalədə xüsusi olaraq Sincan-Uyğur Muxtar Rayonunun bu münasibətlərdəki rolu nəzərə çatdırılıb. Müəllif qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq təkcə siyasi etimada deyil, həm də Böyük İpək Yolunun tarixi dövrünə uzanan ortaq mədəni-tarixi irsə əsaslanır.

Baş redaktor vurğulayıb ki, Sincan regionu təkcə Qərbi Çinin iqtisadi mərkəzi deyil, eyni zamanda, Şərqi Asiyanı Cənubi Qafqazla birləşdirən körpü rolunu oynayır. Məqalədə regionun təsirli iqtisadi göstəriciləri təhlil olunur. Həmçinin Sincanın etno-mədəni müxtəlifliyinin qorunmasına xüsusi diqqət yetirilir. H.Musayev diqqətə çatdırıb ki, Sincan və Azərbaycanı zəngin etnik mədəniyyətlər, musiqi ənənələri, xalçaçılıq və mənəvi irs birləşdirir. Azərbaycan ilə Sincan arasında qarşılıqlı əlaqələri təhlil edən müəllif onların mədəni yaxınlığını xüsusi vurğulayıb: “Azərbaycan muğamı ilə Sincan muğamı bir-birinə bənzəyir. Hər iki musiqi forması UNESCO tərəfindən qeyri-maddi mədəni irs nümunələri kimi tanınıb. Bu paralelliklər gələcəkdə daha geniş mədəni mübadilə üçün əsas yaradır”.

İqtisadi baxımdan da Azərbaycan və Sincan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində strateji logistika mərkəzlərinə çevrilməkdədir. Çini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən dəmir yolu və dəniz marşrutları ticarət, rəqəmsal texnologiyalar və enerji layihələrinin inkişafı üçün unikal imkanlar yaradır.

H.Musayev qeyd edib ki, Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli strateji kursun dayanıqlığını bir daha təsdiqlədi. Çin və Azərbaycan əməkdaşlığı etimada və siyasi hörmətə əsaslanır, bununla yanaşı, bərpaolunan enerji və rəqəmsal texnologiyalar sahəsində layihələr getdikcə daha fəal şəkildə həyata keçirilir. Azərbaycan və Çin arasında əməkdaşlıq sadəcə siyasi formallıq deyil, davamlılıq, qarşılıqlı hörmət və tərəqqiyə əsaslanan birgə fəaliyyət modelidir. İqtisadiyyat, mədəniyyət, turizm, rəqəmsal transformasiya və yaşıl energetika kimi sahələri əhatə edən bu əməkdaşlıq Avrasiya ölkələri üçün örnək rolunu oynayır və XXI əsrdə daha geniş geosiyasi və iqtisadi inteqrasiya mənzərəsinin bir hissəsini təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri