Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Avropa İttifaqından Qafqaza baxış: Azərbaycan və Ermənistanın fərqi

Avropa İttifaqından Qafqaza baxış: Azərbaycan və Ermənistanın fərqi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Nə(lər) edilməli, nə(lər) edilməməlidir?

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Cənubi Qafqaz ölkələrinə – Azərbaycana, ardınca isə Ermənistana – ötən həftə reallaşmış səfəri regionun həyatında son dərəcə mühüm hadisəyə çevrildi. Mövcud xüsusda bir sıra ekspert dairələrinin təmsilçiləri tərəfindən müxtəlif fikirlər səsləndirildi. Həmin fikirlər fonunda ortaya maraqlı məqam çıxır. Söhbət Azərbaycan və Ermənistanın fərqindən gedir. Amma təkcə bundan yox.

Məsələ, ilk növbədə, iki Cənubi Qafqaz ölkəsinə yanaşmadakı fərqdədir. O fərq ki, təkcə Avropa Komissiyasının timsalında, Avropa İttifaqının, bütövlükdə isə Qərbin zaman-zaman Azərbaycana və Ermənistana münasibətinin göstəricisi kimi meydana çıxıb. O fərq ki, özünü ikili standartlar siyasəti ilə göstərib.

Demək olmaz ki, hazırda Qərbin Azərbaycana yanaşmasında ikili standartlara yer yoxdur. Bu siyasətin müxtəlif aşkar simptomları yenə hiss edilməkdədir. Ancaq ölkəmiz uzun illər dəb halını almış stereotipləri sıradan çıxarmağı bacarıb və hazırkı durum, böyük ölçüdə, Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin səriştə və bacarığının təntənəsidir.

Bəli, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini gücü və qüdrəti ilə bərpa etmiş dövlət kimi barəsində söz açdığımız mənfi stereotiplərə və onların təzahür forması olan ikili standartlar siyasətinə meydan oxumağı bacarıb. U.Fon der Lyayenin səfəri göstərdi ki, hazırda ölkəmizin maraq və mənafeləri ilə hesablaşan Avropa, ümumən, kollektiv Qərb var. Amma... Aİ Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir. AK Prezidentinin həm Bakıda, həm də İrəvandakı bəyanatları bunu söyləməyə əsas verir. Başlıca məqam isə sülhün alətləridir. Şübhəsiz, iqtisadi amil mühüm alətdir. Yəni Cənubi Qafqazın vahid orqanizm kimi dünyanın ictimai rəyi tərəfindən qəbullanmasında bu amil son dərəcə müstəsna əhəmiyyətə malikdir.

Haşiyə çıxaq ki, Qərbin Rusiyanı regiondan sıxışdırmaq məqsədi də var. Hazırda Azərbaycan və Ermənistan Aİ ilə münasibətlərini məhz belə bir məqsədin varlığına nəzərən qurur. Amma bu, heç də o demək deyil ki, məsələn, Azərbaycan dünyanın anti-Rusiya köklənişinə şərikdir. Ermənistan da həmçinin. Ölkə rəsmilərinin Rusiya ilə bağlı bəyanatlarındakı yumşaqlıq fikrimizin sübutudur. Bir sözlə, həm Azərbaycan, həm də Ermənistan Qərb dünyasına başa salmağa çalışır ki, Cənubi Qafqaz coğrafiyasında Rusiyaya qarşı heç bir akt keçərli olmayacaq. Özü də söhbət yalnız Rusiyadan getmir. Region, ümumən, qlobal konfrontasiyalar meydanına çevrilməməlidir.

Aİ durumla barışmağa məhkumdur. Hərçənd, demək olmaz ki, qurum özünün altniyyətindən daşınıb. Aİ, sadəcə, regionda mexanizmli mövcudluq barədə düşünür. O mövcudluq ki, Rusiyada var, ancaq, hazırkı geosiyasi şərtlər ölkəni, bir növ, dişsiz vəziyyətə gətirib. Kənardan görünən mənzərə budur ki, Moskvanın Cənubi Qafqaza təsir rıçaqları sıradan çıxmaqdadır. Rusiyada düşünürlər ki, Azərbaycan və Ermənistan Qərbin egidası altında birləşərək, ölkəni regiondan qovur. Halbuki, belə deyil. Kreml hazırkı durumu özünün yarıtmaz, işlək mexanizmlərlə yox, gərəksiz amiranəliyi ilə formalaşdırıb.

Əlbəttə, sağlam düşüncə qıtlığı şəraitində Rusiyanın ictimai rəyinin düzgün nəticələrə gələ bilməməsi adi hal alıb. Rus düşüncə industriyası hadisə və proseslərə rasional yanaşma bacarığında olsaydı, ölkənin hazırda üzləşdiyi kollaps qeydə alınmazdı. Ancaq məqsədimiz mövcud məqamı mübahisələndirmək deyil. Aİ-nin Cənubi Qafqaza yanaşma tərzindəki tendensiyanı vurğulamaq niyyətindəyik ki, bu tendensiyanın ikili standartların arxa plana keçməsi görüntüsündən söz açdıq. Niyə duruma sırf görüntü prizmasından baxırıq, əsas məsələ həm də budur.

Bəli, razıyıq ki, müstəqil Cənubi Qafqaz quruculuğu baxımından Ermənistanın potensialı çox zəifdir, hətta, yox dərəcəsindədir. Bu potensial artmalıdır. Amma necə? Hələlik ölkəmizin potensialından söz açaraq deyək ki, Aİ-nin timsalında gücümüzə dəyər verilir. Daha doğrusu, Avropanın başqa çarəsi yoxdur. Çünki Azərbaycan “köhnə qitə”nin enerji təminatçısıdır. U.Fon der Lyayen Bakıda ölkəmizi təmsil etdiyi qurumun strateji tərəfdaşı adlandırması təsadüfi deyil. Elə isə sual yaranır: Ermənistan hansı ampluadadır? Ermənistan tərəfdaş olmaq üçün də çox zəifdir. Axı tərəfdaşlıq, eyni zamanda, bərabər imkanlar deməkdir. Amma Ermənistanın bu mənada fərqlənməsinə ehtiyac yoxdur. Məsələ, ümumən, ölkənin dayanıqlılığını, kənar amillərə qarşı müqavimət potensialını gücləndirməkdir. Bunun üçün isə loru dildə desək, ermənilərə hazır balıq vermək lazım deyil. Əsas olan onlara “balıq tutmağı” öyrətməkdir. İstər U.Fon der Lyayenin Ermənistana səfəri əsnasında səslənmiş fikirlər, istərsə də bütövlükdə Avropanın və kollektiv Qərbin yanaşması onu göstərir ki, məqsəd ikinci yox, birincidir. Yəni məqsəd regionda qüvvələr nisbətini balanslaşdırmaq, tarazlıq yaratmaqdır.

Ermənistanın “balıq tutmağı öyrənmək” şansı var. Şans nə ölkəyə çeşidli maliyyə dəstəyindədir, nə də digər bu kimi tədbirlərdə. Hansısa kasıb erməninin Avropaya vizasız səfər reallaşdırıb, orada küçədə bulka yeyib xoşbəxtlik qazanmasına da əsla gərək yoxdur. Əsl xoşbəxtlik Naxçıvana maneəsiz yoldur. Söhbət ötən il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladırları Birgə Bəyannamənin “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu” və ya qısaca TRIPP layihəsinin gerçəkləşməsindən gedir. O müddəa ki, regionu qlobal nəqliyyat və kommunikasiya habına çevirəcək. O müddəa ki, ermənilərə “balıq tutmaq”, yəni özlərini dolandırmaq imkanı yaradacaq və inkişaf gətirəcək. İnkişaf və tərəqqi isə sabitlik və əmin-amanlıq, böyük ölçüdə, dövlətin davamlılığı deməkdir.

Hər halda, quyuya su tökməklə, quyu sulu olmur. Hazırda Aİ-nin Ermənistana yanaşması budur ki, məqsəd Ermənistanı, obrazlı desək, sulu etməkdir. Sanki ölkənin quyu ampluasını dəyişdirmək istəyənlər yoxdur. Qərbin Ermənistana yanaşmasındakı ən böyük səhv budur. Bəlkə məsələyə sırf səhv prizmasından baxmaq doğru olmaz. Axı Qərbin konkret maraqları var. Elə Rusiyanın da. İkinci Cənubi Qafqaza özünün mülkü kimi yanaşır, birinci isə həmin mülkü ondan qoparmaq barədə düşünür. Rusiya regionu əlində saxlamaq üçün “erməni kartı”ndan bəhrələnirdi, Qərb isə boş quyuya su tökməklə, həmin kartı işlək hala salmağa çalışır. O kart ki, region xalqlarının faciə və məhrumiyyətlərinə yol açmışdı.

Bütün bunları kənardan seyr edib özünün praqmatik yanaşmaları ilə seçilən müstəqil, güclü və qüdrətli, regional aktora çevrilmiş Azərbaycan var. Ölkəmiz quyuya su tökənləri də görür, onlara maneçilik törətmək istəyənləri də. Tarix də göstərir ki, erməni amilinə sırf təəssübkeşlik prizmasından münasibət həmişə fəlakətlərə yol açıb. Sonuncu fəlakət isə 2020-ci ilin 44 günlük müharibəsi zamanı yaşandı. Qərbin erməni təəssübkeşliyi heç nəyə yaramadı.

Digər tərəfdən, rəsmi İrəvan da, ölkənin ictimai rəyinin təmsilçiləri də düşünməlidirlər ki, otuz ilə yaxın Rusiyanın təsiri altında yaşam ölkəyə heç nə vermədi. Deməli, ümumən, çətir altında yaşamaqdan uzaq durulmalıdır. Bunun üçün ermənilərin üzlərini Qərbə yox, regiona çevirmələri, gerçək mənada, onun tərkib hissəsi olmaları şərtdir. Cənubi Qafqazın tərkib hissəsinə çevrilməyin yolu isə real regional gündəmin və bu gündəmlə bağlı mühitin formalaşması naminə çalışmaqdan keçir.

Azərbaycan Qərbin Ermənistana yanaşmasının mahiyyətini dərk edir. Mahiyyət regional gündəmin başlıca mövzusu olan Naxçıvana maneəsiz yol məntiqinə doğru ləng irəliləmənin olduğunu göstərir. Nəticə etibarilə, gerçək sülhə aparan yol zəif sürətlə qət edilir. Sanki Ermənistanın Rusiya təsirindən çıxarılıb Qərbin təsir dairəsinə düşməsinə çalışılır. Belə olmamalıdır. Belə həm də ona görə olmamalıdır ki, mövcud durumda Aİ rəsmiləri tərəfindən Azərbaycana strateji tərəfdaş gözündə yanaşılmasına dair fikirlər sabun köpüyü effekti yaradır. Azərbaycan strateji tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyini təmin edəcək, rahat yaşamını davam etdirən “köhnə qitə” isə Ermənistanı bəsləyəcək? Bu, nə dərəcədə düzgündür? Düzgün deyil, çünki ölkəmiz zaman-zaman Ermənistanın bəslənilməsinin, həmçinin, erməni amilinin diri tutulmasının Cənubi Qafqazda hansı mənfi nəticələr doğurduğunu görüb.

Sonda əvvəldə vurğuladığımız məqama keçid alaq. Yada salaq ki, söhbət Azərbaycan və Ermənistanın fərqindən gedir. Bəli, ikincinin illərlə dəstəklənməsinə rəğmən fərq həddən artıq böyükdür. Bu fərqi yaradan ölkəmizdir. Ölkəmiz durumu eyni zamanda Qərbin ikili standartlar siyasətini, Ermənistana ərköyün uşaq kimi yanaşması hallarını, ölkənin işğalçı siyasətinə göz yumulması səhnələrini görərək formalaşdırıb. Əgər Aİ və bütövlükdə Qərb dünyası səmimidirsə, bu siyasətdən, Azərbaycan və Ermənistan arasında balans yaratmağa hesablanmış yanaşmasından əl çəkməlidir.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri