Icma.az
close
up
RU
Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib

Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları Mersin Universiteti professor Uğur Oral adına Mədəniyyət Mərkəzində keçirilən 45-ci Beynəlxalq Qazıntı, Tədqiqat və Arxeometriya Simpoziumunda iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumda Türkiyədə 2024-cü il ərzində yerli və xarici alimlər tərəfindən aparılmış arxeoloji qazıntılar, bərpa-konservasiya işləri, arxeoloji kəşfiyyat, antropoloji və arxeometrik tədqiqatlardan əldə edilən məlumatlar təqdim olunub.

Ötən ilin sentyabr ayında Türkiyə Respublikasının İğdır vilayəti ərazisində ölkənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları Müzəffər Hüseynov (rəhbər), Səfər Aşurov və Bəxtiyar Cəlilovun daxil olduğu elmi heyətin və Türkiyəli mütəxəssislərin iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılıb. Bu, Azərbaycan arxeoloqlarının digər ölkə ərazisində təşkil edilmiş ilk arxeoloji ekspedisiyası olmaqla yanaşı, həm də Azərbaycan və Türkiyə arasında yeni bir ortaq araşdırma istiqamətinin başlanğıcı idi.

Müzəffər Hüseynov konfransın gedişatında sədrlik etməklə yanaşı, aparılan arxeoloji kəşfiyyat işləri ilə bağlı çıxış edib.

Simpozium iştirakçıları Mersin əyalətində antik dövrlərdə mövcud olmuş Olba Krallığı, Uzuncaburç (Diokaesareia) şəhər xarabalığı və e.ə 3-cü əsrdə əsası qoyulmuş Kanlıdivane (Neapolis) şəhər yerini ziyarət edib, arxeoloji ekspedisiya rəhbərliyinin müşayiətilə burada aparılan arxeoloji qazıntı və bərpa işləri ilə yaxından tanış olublar.

Bundan əlavə, azərbaycanlı alimlər Mersin Arxeoloji Muzeyində və Azərbaycanda uzun müddət arxeoloji qazıntılar aparmış italiyalı arxeoloq professor Gulio Palumbinin Mersin əyalətində tədqiq etdiyi “Yumuktəpə” abidəsində olublar.

Qeyd edək ki, Türkiyədə türk və əcnəbi alimlərin iştirakı ilə qazıntı, tədqiqat və arxeometriya araşdırmalarının nəticələrinə həsr olunmuş ilk beynəlxalq simpozium Ankara şəhərində Türkiyə Tarix İnstitutunda 1979-cu ildə keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri