Azərbaycan atıcısı Nurlana Cəfərova Dünya Kubokunda finala yüksəlib
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan idmançısı Nurlana Cəfərova Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə keçirilən ISSF Dünya Kubokunda finala yüksəlib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.
Qadınlar arasında dairəvi stend növündə yarışan təmsilçimiz yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. O, sabit performansı və dəqiq atışları ilə seçilərək turnirin ən güclü iştirakçıları sırasına yüksəlib.
Qeyd edək ki, final mərhələsi yaxın vaxtlarda baş tutacaq və Nurlana Cəfərova medal uğrunda mübarizə aparacaq.
Baxış sayı:178
Bu xəbər 05 May 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















