Icma.az
close
up
RU
Azərbaycan Avropa dövlətləri ilə ikitərəfli münasibətlərini genişləndirir AÇIQLAMA

Azərbaycan Avropa dövlətləri ilə ikitərəfli münasibətlərini genişləndirir AÇIQLAMA

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanın son illərdə xarici siyasətdə seçdiyi çoxvektorlu kurs regionda formalaşan yeni siyasi düzənə təsir edən əsas amillərdən birinə çevrilir. Bu yanaşma həm qonşularla münasibətlərdə, həm də geniş regional platformalarda ölkənin mövqeyini yenidən müəyyənləşdirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki,  Azərbaycanın torpaqları 30 ilə yaxın müddətdə işğal altında idi. Bu illər ərzində ölkəmizə müxtəlif təzyiqlər göstərilirdi. Həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də digər dövlətlər tərəfindən Azərbaycandan mövcud reallıqlarla barışması tələb olunurdu. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm ərazi bütövlüyünü həm də suverenliyini bərpa etdi:

"Bu qələbədən sonra regionda yeni siyasi situasiya formalaşdı və Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrildi. Prezidentin xarici siyasət doktrinasında balanslaşdırılmış və çoxvektorlu xətt əsas yer tutur. Azərbaycan şimal, cənub, şərq və qərb istiqamətlərində həm iqtisadi, həm də siyasi maraqlarını uzlaşdırır. Xüsusilə geosiyasi məsələlərdə qlobal güclərin maraqlarını regionda uzlaşdıran ölkə kimi çıxış edir".

Politoloqun sözlərinə görə, Gürcüstan bu siyasətdə çətinliklərlə üzləşir. O, həm Rusiya ilə konfrontasiya yaşayır, həm də Avropa tərəfindən təzyiq altındadır. Ermənistan isə ABŞ-nin təsiri altına düşərək Rusiya ilə münasibətlərini gərginləşdirir. Bu iki respublikadan fərqli olaraq Azərbaycan balanslaşdırılmış siyasət yürüdərək həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə maraqları uzlaşdırmaqla stabil dövlət obrazını gücləndirib:

"Şimal-Cənub dəhlizi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Rusiya bu dəhlizin işləməsində maraqlıdır, çünki Azərbaycan üzərindən İran körfəzinə, oradan isə Hind okeanına çıxış əldə etmiş olur. Bununla yanaşı, Orta Dəhliz də gündəmdədir. 44 günlük Vətən müharibəsindən sonra Zəngəzur dəhlizinin aktuallaşması da Prezidentin siyasətinin nəticəsidir. Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizi bu gün regionda müzakirə olunan əsas məsələlərdən biridir".

Azad Məsiyev: Zəngəzur dəhlizinin aktuallaşması da Prezidentin siyasətinin nəticəsidir

Müsahibimiz qeyd edir ki, Azərbaycan Avropa dövlətləri ilə ikitərəfli münasibətlərini genişləndirir. Avropanın ona yaxın ölkəsi ilə iqtisadi sazişlər mövcuddur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Prezidentin Avropaya son səfəri və orada aparılan danışıqlar bunun bariz nümunəsidir:

"Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür və bu siyasəti beynəlxalq hüquq çərçivəsində həyata keçirməkdə maraqlıdır. Bütün bu yanaşmalar fonunda Azərbaycan regional və geosiyasi proseslərdə əsas oyunçulardan birinə çevrilib. “3+3” formatının ideya müəllifi də məhz Azərbaycan Prezidentidir. Bu platforma Cənubi Qafqazda stabilliyin və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətli hesab olunur və regional problemlərin həlli üçün nəzərdə tutulub".

A.Məsiyev hesab edir ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyində fəal iştirak edir və Türk Dövlətləri Təşkilatının aparıcı, lokomotiv ölkələrindən biridir. ABŞ ilə münasibətlər də genişlənir. Avqustun 8-də Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən üçtərəfli görüş və imzalanan sənədlər Azərbaycanın geosiyasi məsələlərdə aktiv oyunçu olduğunu bir daha göstərdi:

"Ümumilikdə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tam müstəqil siyasət yürüdür və bu siyasət həm regional, həm də geosiyasi baxımdan mühüm addımların atılmasına imkan yaradır. Qələbədən sonra formalaşan yeni siyasi situasiya stabilliyin təmin olunmasına təkan verir. Hazırda Ermənistan-Azərbaycan münasibətlərində sülh sazişinin imzalanması üçün hazırlıq mərhələsi gedir. Sazişin mətninin hər iki dövlət tərəfindən razılaşdırılması prosesi buna sübutdur. Sülh sazişinin imzalanması ilə iki ölkə arasında iqtisadi və siyasi münasibətlər genişlənə bilər".

Azərbaycanın həyata keçirdiyi çoxşaxəli siyasətin onun müstəqilliyinin və suverenlik prinsipinə sadiqliyinin göstəricisi olduğunu vurğulayan ekspert qeyd edir ki, Azərbaycan heç bir böyük gücün alətinə çevrilmir, əksinə, onların maraqlarını bölgədə uzlaşdıraraq müstəqil siyasət yürüdən dövlət kimi çıxış edir. Bu da Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi böyük nailiyyətlərdəndir.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Dekabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri