Icma.az
close
up
RU
Azərbaycan Avropa iqtisadi əlaqələri: tarixi və bu günü

Azərbaycan Avropa iqtisadi əlaqələri: tarixi və bu günü

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli Sərəncamında qeyd olunub ki, “Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirib. Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir”.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasına sadiq qalmasını Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında Prezident İlham Əliyev sübuta yetirdi.

Dövlət başçımızın Fransa, Moldova Prezidentləri, Niderlandın Baş naziri, İtaliyanın Nazirlər Şurasının sədri, Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri ilə görüşlərdə aparılan müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün mühüm dövlətdir. Avropa-Azərbaycan əlaqələrinin qısa tarixinə baxsaq tərəflərin maraqlarının və əməkdaşlığın hansı məqamlardan ibarət olduğunu görərik.

Azərbaycanın əməkdaşlıq etdiyi Aİ proqramlarından biri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) proqramıdır. “Yeni İpək Yolu” adlandırılan TRACECA Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafını hədəfləyən proqramdır. Proqramın məqsədi dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların avtomobil yolu, dəmir yolu və dəniz yolu vasitəsilə Avropa və dünya bazarına çıxışını genişləndirmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. TRACECA çərçivəsində aparılan əməkdaşlıq 1998-ci il sentyabrın 8-də Bakıda “TRACECA –Tarixi İpək Yolun Bərpası” konfransı ilə daha da möhkəmləndirildi. Burada “Avropa-Qafqaz-Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş imzalanıb. Bu müqavilə çərçivəsində beynəlxalq dəmir və avtomobil nəqliyyatı, beynəlxalq ticarət gəmiçiliyi, gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavələr adlı sənəd də razılaşdırılıb. Bu razılaşma Avropa, Qara Dəniz, Qafqaz regionlarında, Xəzər dənizi hövzəsində və Asiyada ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin tənzimlənməsində mühüm rol oynayaraq TRACECA proqramının əsas sənədi kimi çıxış edir. Bu layihə çərçivəsində Azərbaycan 25 texniki və 11 investisiya layihələrinin həyata keçirilməsinə öz yardımını göstərib.

Azərbaycan-Aİ əlaqələrinin iqtisadi istiqamətdə inkişafı 2006-cı ildə bağlanmış “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında Memorandum”u ilə davam edir. Enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün böyük əhəmiyyətə malikdir. Bu memorandumla Azərbaycanın Aİ-yə qaz tədarükü etibarlı istehlakçı ilə uzunmüddətli iqtisadi əməkdaşlığın yaradılmasına şərait yaradıb. Həmçinin bu sənədin reallaşması Azərbaycanın Aİ-nin enerji bazarına daha geniş şəkildə inteqrasiya olunmasına töhfə verib. Aİ-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli sənədlərdən biri 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu arasında imzalanmış energetika sahəsində strateji tərəfdaşlıq haqqında birgə bəyannamədir. Yeni layihənin reallaşdırılması istiqamətində Azərbaycan 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu boru kəməri (TANAP) və bir il sonra Trans-Adriatik boru kəməri (TAP) üzrə yeni müqavilə imzaladı. Həmçinin həmin il “Şahdəniz II” konsorsiumunun üzvləri yekun investisiya qərarını qəbul etdilər. Bağlanmış sazişin şərtlərinə əsasən qazın ikinci mərhələdə həm Aİ ölkələrinə, həm də TANAP və TAP qaz boru kəmərləri vasitəsilə göndərilməsi razılaşdırıldı.

Energetika üzrə Avropa komissarı Günter Ettinqerin “Cənubi Qaz Dəhlizi” layihəsinin potensialını çox yüksək qiymətləndirərək bildirib ki, bu layihə gələcəkdə Aİ-nin qaza ümumi ehtiyacının 20 faizini təmin edəcək.

Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycana Avropa İttifaqının marağının artması müşahidə edilməkdədir. 2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Anlaşma Memorandumu imzaladı. Yeni saziş Azərbaycandan TAP vasitəsilə idxal edilən qazın illik həcminin 5 il ərzində 2 dəfəyədək artırılmasını nəzərdə tutur. Həmçinin Ursula Fon der Lyayen Azərbaycanı enerji sahəsində “etibarlı tərəfdaş” adlandırması da ikitərəfli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır. Müqavilədə yer alan əsas məsələlərdən biri Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya daşınan mavi yanacağın illik həcminin 20 milyard kubmetrə çatdırılmasıdır. Bu yaxınlaşma ona dəlalət edir ki, Azərbaycan-Aİ arasında inteqrasiya proseslərin daha da dərinləşməsi imkanı mövcuddur. Lakin tarixi inkişaf prosesinin müəyyən məqamlarında Azərbaycan ilə Avropa İttifaqı arasında bəzi gərgin məqamlar yaşanıb. Bu gərginliyin səbəbi bəzən erməni lobbisinin səsinə ehtiyacı olan siyasi dairələrin populistliyi, bəzən də eqoist və reallıq hissini itirmiş siyasətçilərin “demokratiya dərsi” verməsi cəhdləri olub.

Avropanın özündə belə qəbul edilməyən separatçılığa, ekstremizmə, terrorçuluğa qarşı Azərbaycanın mübarizəsi insan hüquqlarının pozulması kimi qələmə verilib. Böyük dövlətlərin geosiyasi mübarizəsində Azərbaycanı alətə çevirməyə imkan verməyən dövlətimiz qərəzli olaraq mənfi qiymət alıb. Hər hansı bir qlobal güc mərkəzinin Azərbaycanı geosiyasi və geoiqtisadi mövqeyinin əhəmiyyətli olduğunu başa düşərək burada özünə məqbul hakimiyyət formalaşdırmağa cəhd edib ki, ölkənin enerji resurslarını, tranzit ticarət yollarına nəzarəti ələ keçirsin və bununla da həm milli gəliri mənimsəsin, həm də rəqiblərinə siyasi təzyiq edə bilsin. Lakin Azərbaycan dövləti hər zaman milli maraqları müdafiə edərək bu cür ucuz siyasi manipulyasiyaların həyata keçməsinə və ölkəmizin geosiyasi mübarizə meydanına çevrilib Əfqanıstan, İraq, Liviya, Suriya kimi dövlətlərin siyasi taleyini təkrarlamasına imkan verməyib. Nəticədə Avropa Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq yolunu seçib ki, bu da milli maraqlara cavab verdiyi üçün məmnunluqla qarşılanıb.

Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə çox ciddi mənfi təsir göstərib. Avropanın 45 faizini təbii qazla təmin edən Rusiya bu gün cəmi 19 faiz mavi yanacaq ixrac edir ki, bu da qoca qitə üçün problemlər yaradıb. Azərbaycan enerji ixracını şaxələndirərək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ildə 30 milyard təbii qaz ixrac edir.

Qazaxıstanlı siyasi ekspert Kiril Pavlov bildirib ki, Avropa Mərkəzi Asiya respublikaları ilə geniş iqtisadi əməkdaşlıq etmək niyyətindədir və regiona milyardlarla dollar həcmində sərmayə yatırması təsadüfi deyil. Mərkəzi Asiya ilə Avropanın tranzit və ticarət əlaqəsi yalnız Azərbaycan vasitəsi ilə qurula bilər. Avropanın Mərkəzi Asiyaya yolu Azərbaycandan keçir. Avropa İttifaqının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu, Orta və Zəngəzur dəhlizlərini dəstəkləməsi və Qara dənizin dibi ilə elektrik kabelin çəkilməsinə maliyyə dəstəyi göstərəcəyini bildirməsi həmin dəstəyin ifadəsidir.

Macarıstanın Baş naziri Viktor Orbanın Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci Zirvə toplantısında Azərbaycanı “Avropanın qızıl ehtiyatı” adlandıraraq yüksək qiymətləndirməsi ölkəmizin Avropa üçün nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.

PRİSM konsaltinq şirkətinin rəhbəri Ben Qavdin bildirib ki, “Azərbaycan strateji cəhətdən əhəmiyyətli mövqeyə malikdir - bu, Xəzər dənizi ilə tranzit üçün yeganə yoldur”. Bu gün dünyada baş verən gərgin siyasi proseslərin içində iqtisadi inkişafa doğru irəliləmək böyük çətinliklərlə üzləşib. Çətinlikləri aşmaq üçün qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri artıq zərurətə çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri