Icma.az
close
up
RU
Azərbaycan Avropa üzrə Beynəlxalq Tədris Mərkəzini qurma hüququna yiyələnib AZƏRTAC

Azərbaycan Avropa üzrə Beynəlxalq Tədris Mərkəzini qurma hüququna yiyələnib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə bir çox məsələ İlə yanaşı, qurumun Beynəlxalq Tədris Mərkəzlərinin hansı ölkələrdə qurulması da müzakirə edilib. Gündəliyə Avropa, Asiya, Afrika, Amerika və Okeaniya üzrə seçimlər salınıb.

İclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi iclasda Azərbaycanın namizədlik təqdimatı edilib. Təqdimatda IWF-in Avropa üzrə BTM-ni təşkil etmək istəyən ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri və digər üstünlükləri, həmçinin Azərbaycanda başda Prezident İlham Əliyev olmaqla idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib.

Sonra Mariana Vasileva IWF-lə əlaqələri yüksək qiymətləndirdiklərini, qurumun tədris məsələlərinə bu qədər əhəmiyyət verməsini təqdir etdiklərini bildirib. O qeyd edib ki, Gənclər və İdman Nazirliyi bu layihənin dəstəkçisidir və BTM-in qurulmasını Azərbaycan ağırlıqqaldırması və ümumən idmanının inkişafı istiqamətində vacib addım sayır.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və İcraiyyə Komitəsinin digər üzvləri Azərbaycan, onun idmanı, burada idmana ən yüksək səviyyədə göstərilən diqqəti xüsusi fərqləndirib və uğurlar arzulayıblar.

Qeyd edək ki, dünyada cəmi 5 belə mərkəz qurulacaq. Azərbaycanla yanaşı, bu hüququ əldə etmək üçün Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Avstraliya iddialıdır.

BTM-də ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, digər texniki rəsmilər, həmçinin idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək. Mərkəzdəki tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Azərbaycanda BTM paytaxt Bakıdakı ASK Arenada yerləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri