Icma.az
close
up
RU
Azərbaycan Avropa və Asiya arasında mühüm investisiya körpüsünə çevrilir

Azərbaycan Avropa və Asiya arasında mühüm investisiya körpüsünə çevrilir

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Xarici investisiyalar Azərbaycan iqtisadiyyatının dayanıqlı və inklüziv inkişafının, texnoloji transformasiya və qlobal rəqabətqabiliyyətinin artmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, biznes mühitinin liberallaşdırılması, makroiqtisadi sabitlik Azərbaycanın cəlbedici investisiya məkanlarından birinə çevrilməsinə zəmin yaradıb.

Oxu.Az xəbər verir ki, bu istiqamətdə əldə olunan uğurlar beynəlxalq müstəvidə də əksini tapıb. İki aparıcı beynəlxalq reytinq agentliyi -"Moody's" və "Fitch" Azərbaycanın kredit reytinqini artırıb. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri ölkəmizin əsas güclü tərəfləri kimi göstərilib və Azərbaycana sərfəli investisiya reytinqi verilib. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344.4 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, bunun əhəmiyyətli hissəsi və ya 213.2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Təkcə 2024-cü ildə Azərbaycana 7 mlrd. ABŞ dolları həcmində birbaşa xarici investisiya cəlb edilib.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 13.1 milyard manata yaxın vəsait qoyulub. Bu çərçivədə qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 7% artıb, xarici investisiyaların həcmi 3 milyard manata yaxın olub. Bu sərmayələr ölkəmizdə yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin formalaşmasına, müasir sənaye və logistika infrastrukturunun inkişafına imkan yaradıb.

Birbaşa xarici investisiyaların artan dinamikası makroiqtisadi sabitliyin və investor etimadının güclənməsinin aydın göstəricisidir. Azərbaycan strateji coğrafi mövqeyi və iqtisadi islahatlara sadiqliyi ilə Avropa və Asiya arasında mühüm investisiya körpüsünə çevrilir. 2025-ci il sentyabrın 22-23-də keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin qlobal investorlarla açıq dialoqunu bir daha nümayiş etdirdi. Forumu yeni iqtisadi əməkdaşlıqların başlanğıcı kimi də dəyərləndirmək olar. Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektoruna yönəldiləcək layihələrə aiddir. Ən diqqətçəkən əməkdaşlıqlar arasında aşağıdakıları qeyd etmək olar:

İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding"i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edən konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.

"Daşkəsən Dəmir Filiz" MMC və Qazaxıstanın "Fonte GreenMet Investments Fund OEIC Limited" investisiya şirkəti arasında imzalanan yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı birgə müəssisənin yaradılmasına dair Sazişə əsasən ölkəmizə təqribən 700 mln. ABŞ dolları dəyərində xarici investisiya yatırılacaq. Yaradılacaq "Azerbaijan Metal Company" MMC illik 2 milyon ton istehsal gücünə malik olacaq. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi, burada müasir, ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunması nəzərdə tutulub. Qeyd edək ki, yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir - polad istehsalında əsas xammallardan biri sayılır və dünya bazarında yüksək tələbat olan məhsuldur.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon ABŞ dolları olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb. Bu layihə İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt şəhərində gündəlik 300 min kubmetr istehsal gücünə malik dəniz suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi və istismarı nəzərdə tutulur. İnşa ediləcək zavod regionda ilk iri həcmli dəniz suyunu duzsuzlaşdırma müəssisəsi olacaq.

Bundan əlavə, Forum çərçivəsində dövlət-özəl tərəfdaşlığı, nəqliyyat və yaşıl texnologiyalar, enerji və sənaye parkları, ixrac və investisiyaların təşviqi, sənaye istehsalı, turizm və səhiyyə kimi sahələrdə xarici investisiyaların cəlbini nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb. Forumda imzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın açıq, şəffaf və investor dostu iqtisadi mühitə malik olduğunu bir daha təsdiqlədi. Proaktiv siyasət və institusional islahatlar fonunda ölkə həm strateji tərəfdaşlar, həm də transmilli şirkətlər üçün etibarlı və gəlirli investisiya ünvanına çevrilib.

Qeyd edək ki, ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, BƏƏ ilə birgə investisiya fondları yaradılıb. Həmçinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır.

Bu yaxınlarda isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana işgüzar səfəri çərçivəsində Oman İnvestisiya Qurumu ilə Azərbaycan İnvestisiya Holdinqi arasında Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalandı. Birgə Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək. Fondun ilkin kapitalı 200 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Yaradılan birgə investisiya fondları Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlığını dərinləşdirərək ölkəmizə xarici investisiya axınını gücləndirir, regional iqtisadi inteqrasiyanı və strateji sahələrdə dayanıqlı inkişafı təşviq edir.

Təcrübə göstərir ki, sürətli inkişafın əsas drayveri olan birbaşa xarici investisiyalar ölkədə dayanıqlı yeni iş yerləri yaratmaqla yanaşı, yüksəkkeyfiyyətli insan kapitalı formalaşdırır. Həyata keçirilən ardıcıl islahatlar və beynəlxalq tərəfdaşlarla qurulan etibarlı əməkdaşlıq Azərbaycanı innovasiyaların və xarici sərmayənin cəlb edilməsi üzrə nümunəvi modelə çevirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see122

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri