Icma.az
close
up
RU
Azərbaycan azad edilmiş ərazilərdə qarşıya qoyduğu məqsədləri uğurla icra edir Deputat

Azərbaycan azad edilmiş ərazilərdə qarşıya qoyduğu məqsədləri uğurla icra edir Deputat

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə qarşıya qoyduğu məqsədləri uğurla icra edir, yenidənqurma və bərpa işləri sürətlə həyata keçirilir və insanlarımız öz doğma yurdlarına geri dönürlər.

Redaktor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçvəsində 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm addımlar atılır.

"Azərbaycan Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşıya qoyduğu bütün məqsədləri uğurla reallaşdırır. Vətən müharibəsindən sonra qarşıda duran ən ümdə məsələrdən biri işğaldan azad edilmiş torpaqlara “Böyük qayıdışa” start vermək idi. Əlbəttə bunun üçün xeyli işlər görmək lazım idi. İlk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vacib idi. Cənab Prezident İlham Əliyev bu məsələdə qətiyyətli mövqe ortaya qoydu və bu işlərin sürətli şəkildə həyata keçirilməsi üçün lazımi tapşırıqlar verdi.

Nəticədə, Azərbaycan Vətən müharibəsindən dərhal sonra bu işlərə başladı və ərazilər minalardan təmizləndikcə yendənqurma və bərpa işlərinə start verildi. Vətən müharibəsində qələbədən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılıb və bu işlər bu gün də sürətlə davam etməkdədir.

Çox sevindirici haldır ki, artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb və 2025-ci ildə daha çox insanımızın geri dönməsi nəzərdə tutulur. Geri dönən insanlarımız üçün layiqli həyat şəraiti təmin edilir.

2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına və bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb. Dövlət büdcəsində azad edilmiş ərazilərin yenidən qurulması və bərpası prioritet istiqamətlərdən birini təşkil edir”, - deyə deputat əlavə edib.

A.Həsənova bildirib ki, Azərbaycan bu qədər böyükmiqyaslı tədbirləri öz gücünə, kənardan heç bir dəstək almadan həyata keçirir.

“Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində inkişaf edən dayanıqlı iqtisadi inkişaf Azərbaycana öz ərazilərini kimdənsə kömək almadan bərpa etmək imkanı verir. Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqların çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır”, - deyə deputat əlavə edib.

Deputat əlavə edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı yalnız tikinti və quruculuq ilə məhdudlaşmır, eyni zamanda dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin, məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədləri əhatə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Yanvar 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri