Azərbaycan banklarına kontr tsiklik kapital buferinin təyin edilməsinin səbəbi açıqlanıb
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan banklarına kontr-tsiklik kapital buferinin təyin edilməsinin səbəbi mümkün şoklara qarşı dayanıqlılığn artırmaq, şok zamanı kreditləşmənin davamlılığını təmin etməkdir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Əliyar Məmmədyarov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"0,5 % ən optimal rəqəmdir. Bu, beynəlxalq təcrübəyə görə də belədir. Ölkədə ümumi kredit aktivliyi 0,2 %-in üzərində olanda kontr-tsiklik kapital buferi tətbiq edilir. Hesablamalarımız göstərir ki, buferin tətbiqi kreditləşmə potensialını 2,5 milyard manat azaldacaq. Hazırda bank sektorunun kredit portfeli 18 milyard manatdır", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















