Azərbaycan banklarına dövlət rüsumuna dair təlimat verildi KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan banklarına aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumu üzrə ödənişlərin həm nağd, həm də internet bankçılıq üzərindən nağdsız qaydada ödənilməsi zamanı yalnız “e-bildiriş” əsasında qəbul edilməsi ilə bağlı əlimat verilib.
KONKRET.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirlik, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bankların 36 əməkdaşının iştirakı ilə videokonfrans formatında görüş keçirilib.
Görüşdə Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi təqdim edilib. Qeyd olunub ki, artıq cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















