Azərbaycan BCG ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaya təsirini müzakirə edib
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan "Boston Consulting Group"un (BCG) və və "BCG Henderson Institute" şirkətləri ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsirini müzakirə edib.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda (WEF 2026) iştirak çərçivəsində BCG-nin vitse-sədri və "BCG Henderson Institute"un qlobal rəhbəri Nikolaus Lanq ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsiri, ticarət sahəsində perspektivlər, süni intellekt və şirkətlərin geosiyasi dayanıqlığının gücləndirilməsi barədə müzakirələr apardıq",- nazir qeyd edib.
Baxış sayı:83
Bu xəbər 20 Yanvar 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















