Icma.az
close
up
RU
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib

Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyəti onun musiqi yaradıcılığı qədər böyük əhəmiyyət daşıyır.

“O, müəllimliyə yalnız bir peşə kimi yox, bir missiya kimi yanaşırdı. Gənc nəslin musiqi savadını artırmaqla yanaşı, onların milli ruhda tərbiyə olunmasını da qarşısına məqsəd qoymuşdu. Üzeyir bəy tələbələrinə həmişə sənətkarın xalqa xidmət etmək vəzifəsinin olduğunu xatırladırdı. Bu fikirlər onun pedaqoji dünyagörüşünün mahiyyətini əks etdirir. Üzeyir Hacıbəyli istedadlı gəncləri dərhal tanıyır, onların inkişafına xüsusi diqqət yetirirdi. O, tələbələrinə həm bəstəkar kimi, həm dirijor, həm də publisist kimi dəstək olur, onların yaradıcılıq imkanlarını genişləndirirdi. Onun təşəbbüsü ilə xalq mahnılarının toplanması və nota alınması prosesi başladı. Bu, həm pedaqoji məqsəd, həm də mədəni irsin qorunması baxımından misilsiz bir addım idi. Üzeyir Hacıbəyli ilk dəfə olaraq Avropa musiqi alətlərini milli muğam janrında istifadə edərək, həm təcrübədə, həm də tədrisdə yeni bir yol açdı. Bu da onun pedaqoji və elmi cəhətdən nə qədər uzaqgörən olduğunu göstərir. O, musiqi təhsilində yalnız texniki biliklərlə kifayətlənmirdi. Üzeyir bəy gənc musiqiçilərə fəlsəfi düşünməyi, musiqiyə məna qatmağı və onu mənəvi dəyərlərlə birləşdirməyi öyrədirdi”,-deyə F.Əlizadə əlavə edib.

Konfransda İttifaqın katibi Leyla Zöhrabova, Əməkdar artist Elza Seyidcahan, eləcə də tanınmış musiqişünaslar - Əməkdar incəsənət xadimləri İmruz Əfəndiyev, Gülnaz Abdullazadə, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və başqaları iştirak ediblər.

Çıxışçılar dahi bəstəkarın yaradıcılığına toxunulub, eləcə də pedaqoji fəaliyyəti haqqında fikirlər söyləyiblər.

Sonda Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi nömrələri təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see314

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see244

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see204

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see186

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see175

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see167

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see161

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see157

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri