Icma.az
close
up
RU
AZƏRBAYCAN BEYNƏLXALQ ARENADA ETİBARLI TƏRƏFDAŞ KİMİ TANINIR VƏ RƏĞBƏTLƏ QARŞILANIR

AZƏRBAYCAN BEYNƏLXALQ ARENADA ETİBARLI TƏRƏFDAŞ KİMİ TANINIR VƏ RƏĞBƏTLƏ QARŞILANIR

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak məqsədilə Özbəkistana səfərindən sonra, dekabrın 8-də Slovakiyaya rəsmi səfər etdi. NATO-nun və Avropa İttifaqının (Aİ) üzvü olan Slovakiya Mərkəzi Avropanın dinamik inkişaf edən sənaye iqtisadiyyatına sahibdir. Azərbaycan Prezidentinin Mərkəzi Asiyaya səfərinin ardınca Mərkəzi Avropa ölkəsinə rəsmi səfəri ölkəmizin Şərqlə Qərb arasında oynadığı birləşdirici körpü rolunun təsbiti baxımından da mühüm əhəmiyyət kəsb edir.
     Slovakiya ilə bir çox sahələri əhatə edən əməkdaşlığın, ötən ildən isə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına baxmayaraq, bu səfər Azərbaycan Prezidentinin Bratislavaya ilk rəsmi səfəridir. Bir ay əvvəl Slovakiya Baş nazirinin müavini və Müdafiə naziri Robert Kalinakın Zəfər paradında iştirakı dövlətlərarası münasibətlərimizin strateji səviyyəyə yüksəldiyinin əyani təsdiqidir. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakı isə ölkələrimiz arasında qarşılıqlı etimada söykənən dostluq əlaqələrinin növbəti sübutudur. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığı heç kim üçün sirr deyil. Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama xüsusi diqqət çəkir: “Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir”.
     Avropa İttifaqı tərəfindən Rusiya qazının Slovakiyaya idxalının tam qadağan edildiyini nəzərə alsaq, enerji təchizatının Avropa üçün hansı strateji əhəmiyyətə malik olduğunu görməmək mümkün deyil. Dövlətimizin başçısı Bratislavada mətbuata bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan strateji tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hər zaman hazırdır və bunun üçün böyük potensiala malikdir. Prezident İlham Əliyev növbəti açıqlaması ilə bu sahəyə ayırdığı diqqətin daha dərin strateji hədəflərlə bağlı olduğunun mesajını da verdi: “Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq... Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”. 
      Prezident Bratislavada onu da diqqətə çatdırdı ki, ölkəmizdə istifadə olunmayan alternativ enerji potensialı 2 giqavata yaxındır və növbəti beş il ərzində bu, 8 giqavata bərabər olacaq. Bu cür enerji mənbələrinin süni intellektin və data mərkəzlərinin fəaliyyətində oynadığı rol isə hər kəsə məlumdur. Bratislavada verilən mesajlar onu da göstərdi ki, Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsinə ciddi diqqət yetirir. Yəqin ki, ikitərəfli əməkdaşlığın həm də bu sahəyə fokuslanması ənənəvi bədxahlarımızı narahat edəcək və onlar Ermənistandan, xüsusilə oradakı revanşist kəsimdən manipulyativ şəkildə istifadə etməyə çalışacaqlar. Prezident İlham Əliyev bunu nəzərə alaraq, həm Ermənistana, həm də Cənubi Qafqazdakı yeni geosiyasi şəraitdən məmnun olmayan və hər fürsətdə keçmişdə qalan münaqişəni yenidən körükləməyə çalışan dairələrə bu mesajı verdi: "Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöyteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər”.
     Enerji təhlükəsizliyi məsələsinə qayıtdıqda isə, bu gün Azərbaycan qazını alan 14 ölkədən 8-i Avropa İttifaqının üzvüdür. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya da ixrac olunub. Sözsüz ki, mürəkkəb geosiyasi şəraitin doğurduğu çağırışlar fonunda enerji təhlükəsizliyi Avropa, o cümlədən Slovakiya üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil xarici siyasəti və real addımları ilə sübut edib ki, bütün maneə və təzyiqlərə baxmayaraq, etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iradəsinə sahibdir. Eyni zamanda, ölkəmizin ötən illər ərzində infrastruktura, logistik bağlantılara və nəqliyyat sektoruna yatırdığı sərmayələr imkan verir ki, Azərbaycan Şərq-Qərb dəhlizində əhəmiyyətli rola sahib olsun və beynəlxalq logistika mərkəzinə çevrilsin. Bu cür strateji hədəflərin reallaşa bilməsi ona görə mümkündür ki, onun arxasında Azərbaycan iqtidarının müstəqil xarici siyasət kursu və ölkəmizin daxili iqtisadi potensialı dayanır. Bütün bunlar təmin olunduğuna görə, bügünkü Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və xüsusi rəğbətlə qarşılanır.

Ülvi Quliyev                                                                                     

 Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Dekabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri