Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ordumuz döyüş meydanında Ermənistana tarixinin ən acınacaqlı məğlubiyyətini yaşatdı.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbələri ilə nəticələndi . Döyüş əməliyyatlarının getdiyi bütün ərazilərdə işğalçı ordu darmadağın edildi. Ən müasir döyüş üsulları ilə əks-hücum əməliyyatları həyata keçirən ordumuzun gücü qarşısında düşmən tamamilə aciz qaldı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı işğaldan azad olunub, Tərtər və Xocavənd istiqamətlərində işğalçının mövqeləri yarılaraq yaşayış məntəqələri düşmənlərdən təmizləndi .
Azərbaycan torpaqlarını işğaldan güc yolu ilə azad etməyə başladıqdan sonra dünyanın diqqəti ölkəmizə yönəldi.Məlumdur ki, dünyada ikili standartların, hegemonluq iddialarının, sivilizasiyalararası problemlərin olduğu bir vaxtda öz hüquqlarını güc yolu ilə təmin etmək asan məsələ deyil. Lakin Azərbaycan bunu bacardı. Ali BaşKomandan İlham Əliyev özünün müdrik siyasəti ilə danışıqlardan imtina edən, torpaqlarımızın işğalından əl çəkmək istəməyən Ermənistanı güc yolu ilə cəzalandırmağa, onu qədim yurd yerlərimizdən qovub çıxarmağa nail oldu .
Ona görə də bu gün beynəlxalq ictimaiyyətin marağı öz qətiyyəti ilə dünyaya səs salan, işğalçı Ermənistana tarixin ən gözəl dərsini verən Azərbaycandır. Əməliyyatların başladığı günlərdə dünyanın tanınmış kütləvi informasiya vasitələrinin müsahibə almaq üçün Prezident İlham Əliyevə müraciət etmələri bunu bir daha təsdiq etdi. Onların hamısını ilk növbədə məhz torpaqlarını inamla işğaldan azad edən Azərbaycanın mövqeyi, Prezident İlham Əliyevin məsələyə münasibəti maraqlandırırdı. Çünki İlham Əliyev bu müharibənin qalibidir, dövlətinin ərazi bütövlüyünü təmin edən müzəffər sərkərdədir.
Bu müsahibələr həm də Azərbaycanın Ermənistana qarşı informasiya savaşının uğurlarını təmin edən əsas silaha çevrildi. Məlum olduğu kimi, dünya erməniliyi, erməni lobbisi bu günlərdə Azərbaycana virtual hücumunu daha da gücləndirmiş , "məzlum erməni” obrazında yeni informasiya savaşına başlamışdır. Lakin İlham Əliyevin tanınmış KİV-ə verdiyi müsahibələr onların bütün planlarını alt-üst etmişdir. Bununla da prezident İlham Əliyev bu müsahibələrlə respublikamızın haqq səsini dünyaya çatdırdı, əks-hücum əməliyyatlarının başlanmasını diplomatik məharətlə əsaslandırdı, əsl həqiqətlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı.
Bakı Qızlar Universitetinin tələbəsi
Xudaşlı Ləman
Nəsimi rayon gənci .
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri