Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq hüquqa ikili standart yanaşmaları yolverilməz hesab edir

Azərbaycan beynəlxalq hüquqa ikili standart yanaşmaları yolverilməz hesab edir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

ABŞ-nin yeni Administrasiyasının Ukrayna-Rusiya münaqişəsi ilə bağlı mövqeyinin əsaslı surətdə dəyişməsi, Prezident Donald Trampın son günlərdəki açıqlamalarının doğurduğu siyasi təlatümlər fonunda dünyada güc amilinin beynəlxalq hüquq normaları üzərində üstünlüyü barədə səslənən fikirlərin nə qədər əsaslı olduğunu bir daha təsdiqləyir. Proseslərin gedişi ABŞ-nin artıq Ukraynaya hərbi-siyasi yardımları davam etdirmək niyyətində olmadığını, sözügedən münaqişənin həllində yenə də güc amilinin əsas götürüləcəyini deməyə ciddi əsaslar verir.

Aşkar görünür ki, aparıcı dövlətlər dünyada mövcud müharibə və münaqişələrə məhz konyunktur maraqları çərçivəsindən yanaşır, hətta strateji tərəfdaşlarını “qurban verməkdən” belə çəkinmirlər. İqtisadi-siyasi maraqları həyata keçirmək, təbii resurslar üzərində nəzarəti ələ almaq məqsədi güdən bu qərarlar bəzən bütöv bir xalqın mənafeyinin kənara qoyulmasına, dövlətlərin parçalanmasına gətirib çıxarır. Bəzi Qərb ölkələrinin münaqişələrin həllində təkbaşına qərar vermək cəhdləri haqlı olaraq beynəlxalq hüququn nəyə lazım olması sualını da meydana çıxarır. Qəribə səslənsə də, dünya artıq xaotik “qaydalarla” idarə olunur, aparıcı dövlətlər öz maraqlarını və ideologiyalarını digər dövlətlərə diktə etməyə çalışırlar.

İmperialist yanaşmadan əl çəkə bilməyən bəzi dövlətlərin hegemonluq iddialarını buxovlaya biləcək beynəlxalq hüquq normaları isə artıq təsir gücünü itirib. Bu vəziyyətdə mövcud müharibə və münaqişələrin həllinə ədalətli yanaşma arzusu isə,  sadəcə, illüziyaya çevirib. Beynəlxalq hüquqa aşkar hörmətsizlik göstərən bəzi Qərb dövlətlərinin müxtəlif regionlarda geosiyasi maraqlarını reallaşdırmaq üçün demokratiya bayrağını əldə dəstəvuz etmələri, insan hüquqları məsələsini qabartmaları da məhz ikili standarların təzahürüdür. Uzağa getməyək, ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanı ABŞ-nin humanitar yardımından məhrum edən məlum “907-ci düzəliş”in ötən il yenidən qüvvəyə minməsi deyilənləri bir daha təsdiq edir.

Beynəlxalq hüquq normalarının üstünlüyünü təmin etməli olan Birləşmiş Millətlər Təşkilatının yaradılmasından 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq, təşkilatın beynəlxalq təhlükəsizlik arxitekturasının üzləşdiyi çağırış və təhdidlərə vaxtında, səmərəli yanaşması sualı hələ də açıq qalır. Bu, əsasən, təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi ilə şərtlənir. 2011-ci ildə Liviyaya qoşun yeridilməsi ilə bağlı tələm-tələsik qərar qəbul edən BMT Təhlükəsizlik Şurası sonrakı mərhələdə istər Suriya, istər İraq, istərsə də Ukraynada baş verən proseslərə müdaxilə imkanlarını itirmiş təşkilat təsiri bağışlayıb. Qəbul etdiyi qətnamələr yerinə yetirilmədikdə, beynəlxalq sülh üçün təhlükə yarandıqda təşkilatın Təhlükəsizlik Şurasının məcburi qərarlar qəbul etmək hüququ var. Lakin reallıq göstərir ki, təşkilat bu qərarları yalnız müəyyən hegemon dövlətlərin təsiri əsasında qəbul edir.

Qeyd edilənlər Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın yenidən strukturlaşması məsələsindəki mövqeyinin nə qədər haqlı olduğunu təsdiq edir. Dövlət başçısı beynəlxalq hüquq normalarının işləmədiyi, “kim güclüdürsə, o da haqlıdır” prinsipinin hakim olduğu müasir dünyada iqtisadi, siyasi və hərbi baxımdan güclü olmağın vacibliyini dəfələrlə vurğulayıb. Beynəlxalq hüququn kobud şəkildə pozulması, münaqişələrin həllində güc amilinin önə çıxması fonunda rəsmi Bakının qlobal konfrontasiyalarda tərəf kimi çıxış etməməkdə nə qədər haqlı olduğu bir daha təsdiqlənir.

Hərbi bloklara qoşulmamaq, qonşu dövlətlərlə münasibətləri sivil məcrada, qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək, geosiyasi təsirlər altında üçüncü dövlət əleyhinə platsdarm rolunu oynamamaq xətti yürüdən, münaqişələrin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında həllinə çalışan Azərbaycan bunun nəticəsində çoxvektorlu xarici siyasət yürütməyə nail olub. Ölkəmiz istər 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş 5 günlük müharibə, istərsə də hərbi təyyarənin vurulması zəminində 2015-ci ildə Türkiyə ilə Rusiya arasında yaranmış siyasi gərginlik zamanı sabitləşdirici və barışdırıcı rol oynayıb.

Bunlarla yanaşı, rəsmi Bakı ölkəmizin milli təhlükəsizliyini təhdid edən xoşagəlməz geosiyasi meyillərə də qətiyyətli və çevik reaksiya verir. Eyni zamanda, bəzi dövlətlərin beynəlxalq hüquqa adekvat olmayan davranışlarına prinsipial və barışmaz mövqeyini açıq ifadə edir. İqtisadi-maliyyə resursları Azərbaycana heç bir ölkədən asılı olmadan qarşıya qoyduğu hədəflərə yetişmək imkanı yaradıb.

Azərbaycan postmünaqişə dövründə uğurlu xarici siyasətini davam etdirərək Ermənistanla danışıqların siyasi gündəmini müəyyənləşdirib, müxtəlif güc mərkəzlərinin diqqətini öz maraqları ilə bağlı regional məsələlərə cəlb edib. Cənubi Qafqazın sülh, təhlükəsizlik və inkişaf adasına çevrilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 3+3 formatında əməkdaşlıq formatının təşviqi bunun bariz nümunəsidir. 

Nəhayət, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici və daxili siyasət, beynəlxalq hüquq normalarına əsaslanan diplomatiya postkonflikt dövründə ölkəmizin formalaşdırdığı sülh gündəliyinin beynəlxalq miqyasda qəbulunu, danışıqlar prosesinin milli maraqları çərçivəsində aparılmasını təmin edir.

MTM Analitik Qrup

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri