Icma.az
close
up
RU
Azərbaycan bir daha göstərdi ki, onun mövqeyilə hesablaşmaq və tələblərinə hörmətlə yanaşmaq lazımdır

Azərbaycan bir daha göstərdi ki, onun mövqeyilə hesablaşmaq və tələblərinə hörmətlə yanaşmaq lazımdır

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Prezident İlham Əliyevin Moskvada keçiriləcək 9 May Qələbə paradına qatılmamasının səbəbləri haqda çox danışmaq olar. Elə son 5-6 ayda Azərbaycana münasibətdə ard-arda baş verən xoşagəlməz, neqativ hadisələr - AZAL-ın təyyarəsinin vurulmasından və bu cinayətin günahkarlarının cəzalandırılmamasından tutmuş, "Rus Evi" ilə bağlı yaşanan gərginliyə, Rusiyadan Azərbaycana qarşı kiberhücumların edilməsinə və eləcə də deputat Azər Badamovun Moskva hava limanında saxlanılıb geri qaytarılmasına qədər - bir çox məsələlər tam əsas verir ki, Azərbaycan lideri bu paradda iştirakdan imtina etsin.
Ancaq biz bu arada rəsmi səbəbi də göz ardı etməməliyik. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, İlham Əliyev Ümummilli lider Heydər Əliyevlə bağlı ölkədaxili tədbirlər səbəbindən Qələbə Paradında iştirak etməyəcək. Bu da kifayət qədər əsaslı və prioritet səbəbdir. Lakin istər rəsmi, istərsə də qeyri-rəsmi səbəblərin nə olmasından asılı olmayaraq Azərbaycan Prezidentinin bu addımı həqiqətən də təqdirə layiq və düzgün hesablanmış addımdır. Çünki Rusiya tərəfinin Azərbaycanla bağlı qeyd olunan problemləri yoluna qoymadan və birbaşa günahkarı olduğu təyyarə böhranının çözülməsi istiqamətində heç bir xoşməramlı addım atmadan, dövlətimizin başçısının sözügedən paradda iştirak etməsi proseslərin sonrakı gedişatının Kremlin xeyrinə işləməsinə və bizim mövqelərimizin zəifləməsinə gətirib çıxara bilərdi.
Birdəki, Azərbaycan Prezidentinin 9 May paradında iştirak etməsi bizə yox, ilk növbədə Rusiyanın özünə lazım idi. Belə ki, Putin İlham Əliyevin paradda iştirakını təmin etməklə, necə deyərlər, ölkəsinin reabilitasiyasına nail olmağı, eyni zamanda, bir həmlə ilə bütün ixtilafları və umu-küsüləri aradan qaldırmağı və nəhayətdə, Rusiyanın beynəlxalq təcrid vəziyyətindən çıxarılması üçün Azərbaycanın get-gedə artmaqda olan nüfuzundan yararlanmağı düşünürdü. Lakin rəsmi Bakı 9 May paradında iştirak etməyə xüsusi önəm verməməklə həm ölkəmizin prinsipial mövqeyini və dik duruşunu nümayiş etdirdi, həm də son zamanlar Rusiya tərəfindən Azərbaycana qarşı baş verən qeyri-dost hərəkətlərə aydınlıq gətirilməsinin vacibliyini bir daha nəzərə çatdırmış oldu. Beləliklə, Azərbaycan bir daha göstərdi ki, onun mövqeyilə hesablaşmaq və tələblərinə hörmətlə yanaşmaq lazımdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 May 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri