Icma.az
close
up
RU
Azərbaycan bu kəmər vasitəsilə dünya bazarına enerji resursları ixrac edir AÇIQLAMA

Azərbaycan bu kəmər vasitəsilə dünya bazarına enerji resursları ixrac edir AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin son açıqlaması maraq doğurub. O, Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətlərinin əhəmiyyətini dərk etdiyini və Moskvanın da Bakının gələcək siyasətində bunu nəzərə alacağını gözlədiyini bildirib. Türkiyə mediasının məlumatına görə, “Sputnik” və “Rus evi”nin bağlanmasına cavab olaraq Moskva Novorossiysk neft kəmərinin fəaliyyətini dayandırmaq ehtimalını müzakirə edir. Bununla belə, rəsmilər bu addımın Azərbaycan üçün ciddi təsir yaratmayacağını bildiriblər.Rusiya ilə Azərbaycan arasındakı son siyasi gərginlik fonunda vəziyyətin bir qədər stabilləşdiyi görünür. Lakin Moskva Bakının atdığı bəzi addımlara cavab olaraq müəyyən təzyiq mexanizmlərini nəzərdən keçirir. Xüsusilə, “Sputnik Azərbaycan” və “Rus evi”nin bağlanmasına qarşılıq olaraq Novorossiysk neft kəmərinin bağlanması ehtimalı gündəmə gəlib. Bu addımın reallaşacağı təqdirdə, onun Azərbaycan iqtisadiyyatına təsiri nə dərəcədə ciddi ola bilər?
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi son açıqlamalarında bir sıra ziddiyyətli məqamlarla çıxış edib:
“Məsələ ondadır ki, Azərbaycan hər zaman Rusiya ilə münasibətlərə həssas və diqqətli yanaşıb. Ancaq bunun əksinə olaraq, Rusiya Azərbaycanla olan strateji münasibətlərinə fərqli istiqamətdən – sərt ritorika ilə yanaşmağa üstünlük verib.
Rəsmi Bakı da haqlı olaraq Rusiyadan bu münasibətlərə daha həssas və diqqətli yanaşmasını gözləmək üçün kifayət qədər ciddi əsaslara malikdir. Rusiya özü bu barədə düşünməlidir. O ki qaldı Sputnik və Rusiya Evinin bağlanmasına, Rəsmi Bakı bu məsələdə beynəlxalq hüquq normalarına və Azərbaycanla Rusiya arasında imzalanmış ikitərəfli dövlətlərarası hüquqi sənədlərə əsaslanıb. Azərbaycanın Rusiya ərazisində hər hansı bir dövlətə bağlı mətbuat orqanı fəaliyyət göstərmir. Eyni zamanda, Azərbaycanın Rusiya ərazisində dövlətə bağlı hər hansı təbliğat və təşviqat təşkilatı da mövcud deyil. Məsələn, Azərbaycan dövlətinin maliyyələşdirdiyi və idarə etdiyi hər hansı bir Azərbaycan Evi adlı təşkilat Rusiyada mövcud deyil.Nə qədər qəribə də olsa, Rusiyanın Azərbaycan ərazisində belə qurumları var idi. Rusiya Evi birbaşa Rusiya dövlətinə bağlı bir qurum idi və Azərbaycan onu bağlamaqda tamamilə haqlıdır. Hər kəsin evi öz evində olsa, daha yaxşı olar. Rusiya öz ərazisində Rusiya Evi qurarsa, bu daha məqsədəuyğun olar. Azərbaycan ərazisində belə bir quruma ehtiyac yoxdur”.
Politoloq onu da qeyd edib ki, digər tərəfdən, ikitərəfli anlaşmalara əsasən, hər iki tərəf bir-birinin ərazisində dövlətə bağlı mətbuat qurumunun yalnız müxbir səviyyəsində akkreditasiya açmasına icazə verə bilər:
“Ancaq Azərbaycan bu anlaşmaya hörmətlə yanaşdığı halda, Rusiya Sputnik adlı dövlət mətbuat qurumuna bağlı bir media orqanı yaratmışdır. Azərbaycan dövləti tamamilə haqlıdır və bu mətbuat qurumunun bağlanması həm Azərbaycan Konstitusiyasına, həm də Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərə tamamilə uyğundur.
Əgər Rusiya Azərbaycanda mətbuat fəaliyyəti ilə məşğul olmaq istəyirsə, ikitərəfli sənədlərə uyğun olaraq müxbir akkreditasiyası açdıra bilər və bu da kifayət edər.
O ki qaldı Rusiyanın Azərbaycana hansısa istiqamətdən təzyiq göstərmək cəhdlərinə, bu, reallıqdan uzaqdır. Çünki Azərbaycan Rusiyadan asılı bir dövlət deyil və ondan kifayət qədər uzaqlaşmağı bacarıb. İndi Azərbaycan Rusiya və Kreml üçün əlçatmaz bir dövlətdir. Azərbaycanın çox mühüm müttəfiqləri var. Xüsusilə, Türkiyə kimi NATO üzvü olan bir hərbi müttəfiqi mövcuddur. Bu baxımdan, Rusiyanın Azərbaycanla təzyiq və ya sanksiya dili ilə danışması o qədər də asan məsələ deyil. Əksinə, bu, Rusiyanın özünə zərər verə biləcək bir addım olar.
Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Azərbaycanın beynəlxalq hüquqla tanınmış bütün ərazilərində suverenliyi və konstitusiya hüquqları bərpa olunub. Azərbaycan ərazisində heç bir xarici ölkənin, o cümlədən Rusiyanın hərbi bazası və ya hərbi kontingenti mövcud deyil.
Azərbaycan öz hərbi təhlükəsizliyini təmin edib, eyni zamanda iqtisadi və ticarət maraqlarının təhlükəsizliyini də qoruyub. Enerji təhlükəsizliyini təmin edərək dünya bazarlarına enerji nəqlini əsasən Rusiyadan yan keçən boru kəmərləri vasitəsilə həyata keçirir.
Bütün bu amilləri nəzərə alaraq, Rusiyanın Azərbaycana təzyiq göstərmək üçün ciddi mexanizmləri demək olar ki, qalmayıb.
O ki qaldı Novorossiysk boru kəmərinə, Azərbaycan artıq bu kəmər vasitəsilə dünya bazarına enerji resursları ixrac etmir. Azərbaycanın demək olar ki, istifadə etmədiyi boru kəməri vasitəsilə ona təzyiq göstərmək absurddur və bunun Azərbaycan iqtisadiyyatına hər hansı təsirinin olması inandırıcı deyil”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri